Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6900

Digər sorğular

Mosul şəhərinin azad olunması üzrə əməliyyat başladı

16:37  |    17 Oktyabr 2016  |   E-mail  |  Çapa göndər

İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb.

“Frans Press” agentliyi xəbər verir ki, bunu İraqın baş naziri Heydər əl-Abadi bəyan edib.

“İki illik mübarizəmiz sona çatır. Qələbə yaxındadır! Bu ölkəmizin,İraq xalqının böyük qələbəsi olacaq”, - deyə H.Əl-Abadi bildirib. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.

Ötən gün İraq və ABŞ hərbi qüvvələri İŞİD-in nəzarətində olan Mosul şəhərinə artilleriya zərbələri endirməyə başlayıb. Əraziyə beynəlxalq koalisiyaya məxsus aviasiya cəlb olunub. İraq Hərbi Hava Qüvvələri Mosula hücumla bağlı sakinləri xəbərdar etmək üçün şəhərə minlərlə vərəqə atıb. Mosul sakinlərindən evlərini tərk etməmək, İŞİD terror təşkilatının mövqelərinə yaxınlaşmamaq tövsiyə edilib. "Sky News Arabia" telekanalının məlumatına görə, İŞİD-ə qarşı quru əməliyyatda 60 min hərbçinin iştirakı nəzərdə tutulub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.06.2020
Rusiyada Paşinyanın siqaret qaçaqmalçılığı araşdırılır
06.06.2020
“Twitter” Trampın aksiyalarla bağlı paylaşımını blokladı - Səbəb
06.06.2020
ABŞ-dakı irqçiliyə qarşı etiraz aksiyaları dəstəkləndi
06.06.2020
Dünyada koronavirusa yoluxanların sutkalıq STATİSTİKASI
05.06.2020
Ukraynalı deputatlar imza topladı: Erməni nazirin qovulması...