Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

“Bakcell” yeni internet paketlərini təqdim edib

00:49  |    14 Oktyabr 2016  |   E-mail  |  Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” MMC yeni Real Limitsiz internet paketlərini təqdim edib.

Qaziler.az bildirir ki, şirkətdən “Report”a verilən məlumata görə, 1Mbit/s və ya 2Mbit/s sürətlə sözün əsl mənasında limitsiz internet trafikinə malik olan bu yeni internet paketləri planşet və USB modem istifadəçilərinin yüksək tələblərinə tam cavab verir.
Bütün növ planşet istifadəçiləri 1Mbit/s sürətlə yeni limitsiz internet paketlərini gələcəkdə başqa internet paketlərinə keçmək imkanı ilə ayda cəmi 12 manat ödəyərək əldə edə bilərlər. USB modemi və ya planşet üçün yeni SİM karta ehtiyac olduğu halda, abunəçi sadəcə “Bakcell” şirkətinin Xidmət Mərkəzinə və ya diler mağazasına gələrək 1Mbit/s sürətlə Real Limitsiz internet paketini alıb SİM kartı pulsuz əldə edə bilər.
Planşet, noutbuk və masaüstü kompüter istifadəçiləri üçün ayda 20 manat qiymətə 2Mbit/s sürətlə digər Əsl Limitsiz internet paketi də nəzərdə tutulub.
Sadalanan paketlərdən əlavə olaraq, “Bakcell” abunəçiləri cəmi 35 manat qiymətə USB modem, SİM kart və 1Mbit/s sürətlə Real Limitsiz internet paketinə 1 aylıq abunəni daxil edən sərfəli paketdən də faydalana bilərlər.
Məlumatda deyilir ki, 12 manatlıq 1Mbit/s sürətlə Real Limitsiz internet paketi *134*111#YES kodunu yığmaqla aktivləşdirilə bilər. 20 manatlıq 2Mbit/s sürətlə Real Limitsiz internet paketini almaq üçün Bakcell abunəçiləri *134*222#YES kodunu yığmalıdır.
“Bakcell” öz müştərilərinin artan gözləntilərini daim diqqət mərkəzində saxlayır. Bu, bizi rəqiblərimizdən fərqləndirən xüsusiyyətlərdən biridir. Kompüterə qoşulan USB modem və ya planşet vasitəsilə internetdən istifadə edən abunəçilərin daha böyük həcmdə mobil internet trafikinə ehtiyacı olur. Biz inanırıq ki, yeni internet paketləri belə abunəçilər üçün çox sərfəli olacaq və onlar Bakcell şəbəkəsinin təmin etdiyi yüksəksürətli internetdən maksimum faydalanacaqlar”, - deyə “Bakcell” şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib.
Bakcell abunəçiləri sadəcə *560#YES yığmaqla sərfəli yeni internet paketləri barədə pulsuz əlavə məlumat ala bilərlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Yol polisini təhqir edən sürücüyə 15 sutka həbs cəzası verilib
18.09.2019
Lənkəran, Xırdalan və Bakının Xətai rayonunda qaz təchizatı dayandırılıb
17.09.2019
“KAMAZ” qaz xəttinin dayaqlarını qopardı
16.09.2019
Stalin bir hərf səhvinə görə bütün redaksiyanı güllələtdirib
13.09.2019
Biləsuvarda bir neçə müəssisənin qaz təchizatı dayandırılıb