Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6950

Digər sorğular

Antoniu Qutyerreş BMT-nin yeni baş katibi seçilib

22:56  |    13 Oktyabr 2016  |   E-mail  |  Çapa göndər


Antoniu Qutyerreş BMT-nin yeni baş katibi seçilib.


"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, BMT Baş Assambleyası oktyabrın 13-də təşkilatın yeni baş katibinin təyinatı məsələsinə baxıb və Antoniu Qutyerreşi bu posta təsdiqləyib.
O, vəzifəsinin icrasına 2017-ci il yanvarın 1-dən başlayacaq və səlahiyyət müddəti 2021-ci il dekabrın 31-də başa çatacaq.
Qeyd edək ki, ötən həftə Təhlükəsizlik Şurası Baş Assambleyaya 1 yanvar 2017-ci il tarixdən 31 dekabr 2021-ci ilə qədər bu vəzifəyə Portuqaliyadan olan Antoniu Qutyerreşi təyin etməyi məsləhət görüb.
Koreya Respublikasından olan Pan Gi Mun BMT-nin səkkizinci baş katibidir.
BMT-nin Nizamnaməsinə əsasən, baş katib təşkilatın baş inzibati vəzifə sahibidir. O, Təhlükəsizlik Şurasının təqdimatı əsasında Baş Assambleyası tərəfindən təyin edilir.
Xatırladaq ki, A.Qutyerreş 2015-ci ilin iyun-dekabr aylarında BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarı kimi fəaliyyət göstərib.
A.Qutyerreş, bu vəzifəyə təyin olunacağı halda, BMT-nin bütün sistemlərinin fəaliyyətində ahəngə nail olmağa, üç əsas sahənin hamısında - sülh, inkişaf və insan hüquqları sahəsində yaranmış problemlərin öhdəsindən gəlməyə yardım edəcək strategiya tapmağa çalışacağına söz verib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.07.2020
Türkiyədə koronavirusdan ölənlərin sayı 5300-ə çatıb
09.07.2020
Yerevanda etiraz aksiyası: "Baş nazir xalqa qarşıdır"
09.07.2020
Parisdə çirkab sularında yenidən koronavirus aşkarlanıb
09.07.2020
Koronavirusa qarşı yeni dərmanlar tapılıb
09.07.2020
Bu ölkədə koronavirusa yoluxanları itlər tapır