Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6653

Digər sorğular

AŞPA-nın bir neçə komitəsinin iclası Azərbaycanda keçiriləcək

17:34  |    13 Oktyabr 2016  |   E-mail  |  Çapa göndər

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəriSəməd Seyidov qurumun sədri Pedro Aqramuntla görüşüb.

APA-nın Avropa müxbirinin məlumatına görə, Səməd Seyidovgörüşdən sonra bildirib ki, gələcəkdə AŞPA-nın bir neçə komitəsinin iclasının Azərbaycanda keçirilməsi barədə görüşdə razılıq əldə olunub.


“Bu gün AŞPA sədri cənab Pedro Aqramuntla çox səmərəli görüş keçirdik. Görüşdə sessiya ərzində baş vermiş bütün proseslər, çıxışlar, görüşləri müzakirə olundu. Bildiyiniz kimi, bu sessiyada Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycan üzrə hakim seçildi, həm AŞPA rəhbərliyi, həm komitələr tərəfindən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bir neçə bəyanat verildi. Qərara gəldik ki, AŞPA-ilə sız əməkdaşlıq edərək gələcəkdə Azərbaycanda AŞPA bir neçə komitəsinin iclaslarını təşkil edək. Bu istiqamətdə əməkdaşlıq, doğurdan da, yeni mərhələyə qalxır və bununla əlaqədar Azərbaycan nümayəndə heyəti lazım olan bütün işləri görür. Ümumiyyətlə bu sessiyanı çox uğurlu hesab edirəm”, - deyə S. Seyidov bildirib.

Görüşdə Azərbaycanın Avropa Şurası yanındakı Daimi Nümayəndəliyinin rəhbəri, səfir Emin Eyyubov da iştirak edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.12.2019
Almaniyada 31 avroya satılan nişanı BNA 1840 manata alıb?- Rəsmi açıqlama
29.12.2019
İlin ən yaxşı idman federasiyası məlum oldu - FOTO
26.12.2019
İşdən çıxarılan həkimin şok səs yazısı: “Mən elə şərəfsiz köpək oğlunun...”(AUDİO)
16.12.2019
Prezident İlham Əliyev 2020-ci il dövlət büdcəsini təsdiqləyib
14.12.2019
Yol qəzaları səbəbindən bu rayonlarda qaz təminatı müvəqqəti olaraq dayandırılıb