Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

“Skype”da yeni funksiya

00:26  |    13 Oktyabr 2016  |   E-mail  |  Çapa göndər


2015-ci ilin payızından “Skype” proqramında əlçatan olan danışığın sinxron səsli tərcümə xidməti bu gündən rus dilini də dəstəkləyir.

Bu funksiya rus dilində danışan istifadəçilərə ingilis, ispan, Çin, italyan, fransız, Braziliya portuqalı, alman və ya ərəb dillərini bilmədən bu dillərin daşıyıcıları ilə ünsiyyət saxlamağa imkan verir.

Qaziler.az AzərTaC-a istinadən xəbər verir ki, sinxron tərcüməçi xidmətindən yararlanmaq üçün istifadəçi əvvəlcə həmsöhbətini seçməli, dialoq pəncərəsini açmalı və qlobus şəklində olan “Skype Translator” nişanını tapmalıdır.

“Skype Translator” nişanının üzərinə sıxmaqla başlanğıc ayar kimi deaktiv edilmiş sinxron tərcüməçi funksiyasını aktivləşdirməli, cari istifadəçi və həmsöhbət üçün müvafiq dilləri seçməklə adi rejimdə ünsiyyətə başlamaq olar. Deyilmiş ifadələrin tərcüməsi azacıq ləngimə ilə səsləndirilir, həmçinin subtitrlər göstərilir.

“Skype Translator” funksiyası neyroşəbəkələr əsasında işləyən kompyuter təlimi texnologiyasına əsaslanır. Bu o deməkdir ki, xidmət istifadə edildikcə təkmilləşir və daha çox insan istifadə etdikcə tərcümənin keyfiyyəti də bir o qədər ürəkaçan olur.

“Microsoft” korporasiyasının nümayəndəsi bildirib ki, yeni funksiya digər ölkələrdə yaşayan dost, qohum və həmkarlarla sərbəst ünsiyyət saxlamaq üçün lazım ola bilər, həmçinin təhsil və işgüzar danışıqlar üçün yeni imkanlar açacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Türkiyə, Rusiya və İran prezidentlərinin Ankarada Suriya Zirvə görüşü keçirilib - VİDEO
16.09.2019
Həsən Ruhani Ermənistana səfər edəcək
16.09.2019
Türk nazirin idarə etdiyi təyyarədə 8 nasist bayrağı – Şok səbəb
15.09.2019
Ehud Barak: "Netanyahu yenidən baş nazir seçilsə..."
15.09.2019
İran XİN ABŞ dövlət katibini yalan danışmaqda ittiham edib