Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6474

Digər sorğular

Milli Qəhrəmanların və onların ailə üzvlərinin təqaüdləri 2,2 dəfə artdı

19:55  |    12 Oktyabr 2016  |   E-mail  |  Çapa göndər

Prezident İlham Əliyevin “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında” 11 oktyabr 2016-cı il tarixli Fərmanları sosial müdafiə sahəsinə göstərilən yüksək diqqət və qayğının növbəti təzahürüdür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 11 oktyabr 2016-cı il tarixli Fərman Milli Qəhrəman adına layiq görülmüş şəxslərin, onların ailə üzvlərinin sosial müdafiəsini daha da gücləndirilməsinə xidmət edir. Fərmana əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Prezidentin təqaüdünün aylıq məbləği artırılaraq 1300 (min üç yüz) manat müəyyən edilib.

Bildirilib ki, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərə və onların ailə üzvlərinə Azərbaycan Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanına əsasən, həmin ilin avqustun 1-dən Prezidentin aylıq təqaüdlərinin təyin olunmasına başlanılıb. Dövlət başçısının 28 avqust 2013-cü il tarixli 954 nömrəli Fərmanı ilə həmin təqaüdlərin aylıq məbləği 2013-cü il sentyabrın 1-dən 66,7 faiz artırılaraq 1000 manata, 11 oktyabr 2016-cı il tarixli Fərmanla isə 30 faiz artırılaraq 1300 manata çatdırılıb. Beləliklə, ötən dövrdə Azərbaycanın Milli Qəhrəmanları və ya onların ailə üzvləri üçün Azərbaycan Prezidentinin aylıq təqaüdünün məbləği 2,2 dəfə artırılıb.

Bundan başqa “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında” 11 oktyabr 2016-cı il tarixli Fərmanla isə respublikanın elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə böyük əməyi olan şəxslər üçün Azərbaycan Prezidentinin fərdi təqaüdünün məbləği 30 faiz artırılaraq 1300 manata çatdırılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
“KAMAZ” qaz xəttinin dayaqlarını qopardı
16.09.2019
Stalin bir hərf səhvinə görə bütün redaksiyanı güllələtdirib
13.09.2019
Biləsuvarda bir neçə müəssisənin qaz təchizatı dayandırılıb
13.09.2019
Ucar, Zərdab, Cəlilabad və Lənkəranda qaz təchizatı dayandırılıb
12.09.2019
“Məişət zorakılığına qarşı mübarizəyə ictimai dəstək” adlı layihənin icrasına başlanıb