Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Gürcüstanın “Vahid Milli Hərəkat” partiyası parlamentə gedəcək

03:42  |    12 Oktyabr 2016  |   E-mail  |  Çapa göndər


Gürcüstanın ana müxalifət partiyası hesab edilən “Vahid Milli Hərəkat” partiyasının seçkilərdə deputat mandatı qazanmış namizədləri parlamentə gedəcəklər.

Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, partiyanın üzvü, ilkin məlumatlara görə proporsional siyahı üzrə deputat mandatı qazanmış Azər Süleymanov bildirib ki, bu barədə partiyanın siyasi şurasının oktyabrın 11-də keçirilmiş iclasında qərar qəbul olunub.

A.Süleymanov deyib: “Oktyabrın 8-də keçirilmiş parlament seçkilərində proporsional siyahı üzrə mandat qazanmış şəxslərin parlamentə getməyəcəkləri barədə müəyyən fikirlər var idi. Siyasi şura bu gün həmin şəxslərin parlamentə getməsi, həmçinin majoritar dairələrdə mübarizə aparan namizədlərin ikinci turda mübarizəni davam etdirmələri barədə qərar qəbul edib”.

İlkin məlumatlara görə, “Vahid Milli Hərəkat” partiyası seçkilərdə proporsional siyahı üzrə 27 deputat yeri qazanıb. Majoritar dairədən isə hələlik heç bir mandat əldə olunmayıb. Marneulidəki 36 saylı dairədən namizədliyi irəli sürülmüş azərbaycanlı Əhməd İmamquliyev birinci turda seçicilərin 47,91 faizinin səsini toplayıb. İkinci turda onun rəqibi seçicilərin 43,41 faiz səsini toplamış Tamaz Naveriani olacaq.

A.Süleymanov bildirib ki, partiya üzvləri Ə.İmamquliyevin qələbə qazanması üçün səylərini davam etdirəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Türkiyə, Rusiya və İran prezidentlərinin Ankarada Suriya Zirvə görüşü keçirilib - VİDEO
16.09.2019
Həsən Ruhani Ermənistana səfər edəcək
16.09.2019
Türk nazirin idarə etdiyi təyyarədə 8 nasist bayrağı – Şok səbəb
15.09.2019
Ehud Barak: "Netanyahu yenidən baş nazir seçilsə..."
15.09.2019
İran XİN ABŞ dövlət katibini yalan danışmaqda ittiham edib