Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6662

Digər sorğular

Georadiolokasiya zəlzələləri proqnozlaşdırmağa kömək edəcək

00:03  |    12 Oktyabr 2016  |   E-mail  |  Çapa göndər


Rusiyanın Yer Qabığı İnstitutunun alimləri təhlükəli zəlzələlərin əlaqədar olduğu qırılma ( Yer qabığı yarıqları) kimi pozuntuların xüsusiyyətlərini öyrənmək üçün georadiolokasiya metodunu tətbiq ediblər.

Onlar Yerin fəal yarıqlarını və zəlzələlərlə bağlı olan geoloji prosesləri tədqiq ediblər. Tədqiqatlar Rusiya Elm Fondunun (REF) qrantının köməyi ilə aparılıb. AZƏRTAC “indicator.ru” saytına istinadla xəbər verir ki, “Russian Geology and Geophysics” jurnalında bu barədə məqalə dərc olunub.

Alimlər yarıqların parametrlərini ölçməyi öyrənmək üçün georadiolokasiya məlumatlarından maksimum faydalanmağa çalışırlar. Həmin parametrlər bahalı və böyük zəhmət tələb edən metodların müxtəlif səbəblərdən işə yaramadığı yerlərdə seysmik və geoloji təhlükələri qiymətləndirmək üçün lazımdır.

Geoloqlar Mondin yarığını öyrəniblər. 1950-ci aprelin 4-də baş vermiş 6,9 maqnitudalı güclü zəlzələ bu yarıqla bağlı olub. Həmin zəlzələdə yaxınlıqdakı qəsəbəyə xeyli ziyan dəyib, taxta evlərin çoxu dağılıb.

Alimlər gələcəkdə zəlzələləri proqnozlaşdırmaq üçün Yer qabığında hansı proseslərin getdiyini başa düşmək istəyirlər. Onlar Yer kürəsi və onun prosesləri haqqında aktual və faydalı informasiya əldə etmək üçün məlumatların geoloji interpretasiyasına yanaşmanı təkmilləşdirirlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.01.2020
Türkiyədə 39 nəfər dağıntılar altından sağ çıxarılıb
25.01.2020
Hamilə qadın dağıntılar altından sağ çıxarıldı
25.01.2020
Türkiyədəki zəlzələni yerini və şiddətini öncədən deyən professor...
25.01.2020
Bu yara Moskva və Kiyev arasında daim qalacaq - Zelenski
25.01.2020
Çində koronavirusdan ölənlərin sayı 41 nəfərə çatıb