Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

“KATAPULT” ƏMƏLİYYATI: İNGİLİSLƏRİN FRANSIZLARA HÜCUMU

17:47  |    11 Oktyabr 2016  |   E-mail  |  Çapa göndər

U.Çörçil: “Fransızlar gəmiləri ilə birgə batırılmalıdırlar!”
II Dünya Savaşının gizlinləri az deyil. Onlar içində Stalinlə Hitlerin gizli yazışmaları, Hitler ordusunda yəhudi batalyonlarının varlığı, kəşfiyyat oyunları və s. mövzular vardır. Üzə çıxarılmayan, işıqlandırılması uzun müddət yasaq edilmiş mövzulardan biri də İngiltərənin həyata keçirdiyi “Katapult” əməliyyatı barədə idi...

QIRĞINA APARAN SƏBƏBLƏR

1940-cı ilin mayın 10-da faşist Almaniyasının generalı Quderianın tankları fransızların Majino xəttini yarıb, Fransanın içərilərinə hərəkət edirlər. Hitlerçilər Fransanın şimalında ingilis və fransızların qüvvələrini darmadağın edib, La-Manşa tökür. İyunun 14-də Hitlerin qoşunları təslim olmuş Parisə daxil olurlar. Hitler məğlub fransız höküməti (Vişi hökuməti) ilə sülh müqaviləsi bağlayır.



Fransızların müttəfiqi olan ingilisləri qorxu bürümüşdü: almanlara təslim olmuş müttəfiqlərinin, yəni fransızların Əlcəzair, Tunis, Mərakeş, Seneqal və Karib adalarındakı donanması almanların idarəsi altına keçə bilərdi. Mümkün təhlükənin qarşısını almaq üçün Britaniya Admirallığı “Katapult” adlı əməliyyat planını icraata aldı. Əməliyyatın əsas məqsədi: təslim olmuş Fransanın Afrika və Karib dənizi müstəmlkələrində olan hərbi gəmilərinin almanların idarəsi altına keçməsinin qarşısını almaq idi. “Katapult” əməliyyatı planını şəxsən Uinston Çörçil imzaladı. Əməliyyat iyulun 3-də başlamalı idi.

FRANSIZLARA İLK HÜCUMLAR


İngilis desantı iyulun 3-də İngiltərənin hərbi limanlarında lövbər salmış müttəfiq fransız gəmilərini basdı. Yeganə müqaviməti Portsmut limanındakı “Sürkuf” fransız sualtı qayığı göstərdi. Döyüşdə hər iki tərəf itkilər verdi və batan sualtı qayığın ekipajı təslim oldu. Əsir fransızların böyük hissəsi İngiltərədəki general Şarl de Qollun “mühacir hökumətinin” ordusuna qoşuldu. General Ş. de Qollu ingilislərin marianeti sayan bir qisim əsir fransız hərbçiləri müharibənin sonuna qədər ingilis hərbi əsir düşərgələrinə salındılar.



İyulun 3-də Misirdəki İskəndəriyyə limanında lövbər salmış fransız gəmilərinin (“Lorian” linkoru, 4 kreyser və d. gəmilər) rəhbərliyi ilə görüşən ingilis zabitləri təslim barədə ultimatumu təqdim etdilər. İngilis kapitanı H. Beyli – Qroman qan axıdılmasının qarşısını almaq üçün fransızlarla danışığı davam etdirdi. Razılaşmaya görə, fransızlar yanacaqlarını, gəmi toplarının çaxmaqlarını və torpedoların başlıqlarını ingilislərə verir, heyətlərin böyük hissəsini sahilə çıxardırdılar. Amma gəmilərə ingilislər girməməli idilər. Beləliklə, İskəndəriyyə bazasında fransızlar itkisiz neytrallaşdırıldılar. 1943-cü ildə İskəndəriyyədəki fransız dənizçiləri gəmiləri ilə birgə Ş. de Qolla qoşuldular.

MƏRS-ƏL-KƏBİR DÖYÜŞÜ

İngilislərin Hibraltardakı hərbi bazasında 2 linkor, 1 xətt və 2 yüngül kreyseri, 11 esmines, “Ark Royal” torpedolu təyyarələrin aviadaşıyıcısı və artıq indi məlum olmuş, 1 sualtı qayıqdan ibarət “Heyç birliyi” adlı əməliyyat donanması yaradılmışdı. Vitse-admiral C. Sommervilin başçılığı ilə ingilis gəmiləri 1940-cı ilin iyulun 3-də Fransanın Əlcəzair müstəmləkəsindəki Oran limanı yaxınlığında yerləşmiş Mərs-əl-Kəbir liman bazasında lövbər salan fransız hərbi gəmilərini (“Dünkerk”, “Strasburq” linkorları, hidroaviadaşıyıcı, esmineslər, tral katerləri, sualtı qayıqlar və d.) mühasirəyə aldı. Fransızların vəziyyəti yaxşı deyildi, onlar limanda sıxılmışdılar və açıq hədəfdə idilər. Limanda dayanmış fransız gəmilərinin dənizçiləri son ana kimi inanmırdılar ki, almanlara qarşı birgə döyüşdükləri, müttəfiqləri olan ingilislər onlara atəş aça bilər.



İngilislərdən axşam saat 6-yadək təslim barədə ultimatumu alan fransız admiralı M. Jansül sərt mövqe nümayiş etdirdi. O, bildirdi ki, rəhbərliyi altında olan fransız donanması nə almanlara və nə də ingilislərə təslim olmayacaq. Amma vaxt udaraq sahildəki bazalardan qüvvələri limana çəkə bildi.

Sərt mövqeyi görən ingilislər Londonla məsləhət apardılar. Londonda cavabdehliyi heç kəs üzərinə götürmək istəmirdi. Belə olduqda, vitse-admiral C. Sommervil ultimatumun sonuna bir saat qalmış fransız gəmilərinə qarşı atəş açılması barədə əmr verdi.



Nəhayət, artıq döyüşün başlandığı bir zamanda ingilis baş naziri U.Çörçilin imzası ilə C. Sommervilə əmr gəldi: “Ultimatum vaxtı bitənədək fransızlar ya gəmilərini bizə verməli, ya özləri gəmilərini batırmalı, ya da gəmilərilə birgə batırılmalıdırlar!”.
İngilislərin ilk atəşləri altında fransızların “Bretan” linkoru məhv edildi, “Provans” və “Dünkerk” linkorları, “Moqador” esminesi ciddi zədələndilər. “Strasburq” linkoru isə, manevrlərlə mühasirəni yara bildi və digər esmineslərlə birgə Fransaya üz tutdu. Fransızlara ciddi zərbə vurduğunu zənn edən ingilislər Hibraltara qayıtdılar.

Sabahısı gün fransızlar baş vermiş hücum barədə rəsmi məlumat verdilər və bildirdilər ki, “Dünkerk” linkorunun zədələri ciddi deyil. Bunu bilən ingilislər yenidən fransız bazasına hücum etdilər. İyulun 6-da ingilislər Mərs-əl-Kəbir limanına yaxınlaşdılar. “Ark Royal” aviadaşıyıcısından qalxan təyyarələr “Dünkerk” linkoruna torpedolar buraxdılar. Atəş sərrast deyildi. Amma hədəfdən yan keçən torpedolardan biri təsadüfən “Dünkerk”in yanında durmuş sualtı bombaları daşıyan fransız katerinə dəyir. Partlayış o qədər güclü idi ki, “Dünkerk” daha da böyük zədələr alıb sıradan çıxır.

İyulun 8-də ingilis donanması Seneqalda Dakar burnundakı fransız hərbi limanına hücum etdi. Burada fransızların ən böyük “Rişelye” linkoru ingilis gəmilərindən, havadan və torpedolardan atəşə məruz qalaraq batırıldı.



Amma Karib dənizindəki fransız müstəmləkəsi olan Martinika və Qvadelupa adalarında yerləşən fransız hərbi bazalarının məhv edilməsinə ingilislər nail ola bilmədilər. Buna qarşı ABŞ prezidenti Franklin Delano Ruzvelt çıxış etdi və sərhədləri yaxınlığında fransız hərbçilərinə divan tutulmasının yolverlməz olduğunu U.Çörçillə bildirdi.

İngilislərin gözlənilməz hücumları nəticəsində ümumilikdə, zabitli-sıravili olaraq 1350 fransız dənizçisi öldürüldü və 350 nəfəri yaralandı. İngilislər bir neçə təyyarə, 10 nəfərə qədər hərbçi itirdilər. Bu hadisələrlə bağlı bir çox sənədlər İngiltərə arxivlərində hələ də məxfi qrifi altında saxlanılır. Bu günədək Fransada və İngiltərədə siyasi qüvvələr bu mövzunu ictimailəşdirmək istəmirlər. Bircə faktı deyək ki, Fransanın Tulon şəhərində Mərs-əl-Kəbirdə həlak olmuş 1297 dənizçinin şərəfinə vur-tut balaca bir divar lövhəsi vurulub...

U.Çörçil bu barədə danışmağı sevməzdi. Yalnız bir dəfə yaxın adamları çevrəsində “fransızlar bizi başa düşərlər” – demişdi.

General Şarl de Qoll illər sonra öz gündəliyində Mərs-əl-Kəbirdəki döyüşü ingilislərin soyuqqanlı cinayəti kimi qeyd etmişdi.

Pərviz Elay
Sevda Elay (Əskərova)

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Türkiyə, Rusiya və İran prezidentlərinin Ankarada Suriya Zirvə görüşü keçirilib - VİDEO
16.09.2019
Həsən Ruhani Ermənistana səfər edəcək
16.09.2019
Türk nazirin idarə etdiyi təyyarədə 8 nasist bayrağı – Şok səbəb
15.09.2019
Ehud Barak: "Netanyahu yenidən baş nazir seçilsə..."
15.09.2019
İran XİN ABŞ dövlət katibini yalan danışmaqda ittiham edib