Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Gürcüstanda 4 azərbaycanlı deputat mandatı qazanıb

03:57  |    11 Oktyabr 2016  |   E-mail  |  Çapa göndər


Gürcüstanda keçirilən parlament seçkilərində 4 azərbaycanlı deputat mandatı qazanıb.

“Report”-un Gürcüstan bürosu xəbər verir ki, majoritar dairələrdə keçiriləcək ikinci turdan sonra onların sayı 5 də ola bilər.
Hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyasından proporsional siyahı üzrə namizədliyi irəli sürülmüş Mahir Dərziyev, hakim partiyanın majoritar siyahıdan namizədləri Savalan Mirzəyev seçicilərin 50,02 faizinin, Ruslan Hacıyev isə 56,13 faiz səslərini toplayaraq deputat mandatı qazanıblar.
Daha bir soydaşımız, ölkənin əsas ana müxalifəti sayılan “Vahid Milli Hərəkat” partiyasının üzvü Azər Süleymanov də proporsional siyahı üzrə mandat əldə edib.
Gürcüstan Mərkəzi Seçki Komissiyasından bildiriblər ki, artıq bülletenlərin 100 faizi sayılıb və ilkin hesablamalara görə, proporsional siyahı üzrə cəmi 3 partiya parlamentə keçə bilib. “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyası 48,65 faiz, “Vahid Milli Hərəkat” Partiyası 27,11 faiz, “Gürcüstan Vətənpərvərlər Alyansı” isə 5 faiz səs toplayıblar. Əsas müxalifət partiyalarından olan “İrakli Alasaniya- azad demokratlar” partiyası 4,62 faizlə mandat qazana bilməyib. Parlamentdə təmsil olunmaq üçün hər bir partiya 5 faizlik həddi keçməlidir.
Gürcüstan MSK-nın məlumatına görə, əksər majoritar dairələrdə namizədlər lazım olan səsi toplaya bilməyiblər. Ona görə də həmin dairələrdə ikinci tur keçiriləcək. İkinci turun noyabrın 2-də keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonu ərazisində təşkil olunmuş 36 saylı dairədə daha bir azərbaycanlı, Əhməd İmamquliyev qələbəyə daha yaxındır. Birinci turda o, seçicilərin 47,91 faizinin səsini qazanmaqla Tamaz Naverianini (43,41 faiz) üstələyib. Həmin dairədən daha az səs toplamış namizədlər ikinci tura buraxılmayacaqlar. Gürcüstan Seçki Məcəlləsinin tələbinə görə, ikinci tura, birinci torda ən çox səs toplamış iki namizəd buraxılır.
Beləliklə, Ə.İmamquliyev ikinci turda qələbə qazansa Gürcüstan parlamentində təmsil olunacaq azərbaycanlı deputatların sayı müstəqillik dövründə ilk dəfə 5 nəfər olacaqdır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2019
Şoyqu Rusiya üçün əsas təhlükəni açıqlayıb
22.09.2019
Ruhani: İran bütün qonşulara dostluq əlini uzadır
22.09.2019
Daha 7 PKK terrorçusu zərərsizləşdirildi
22.09.2019
Rusiya “Xəncər”inin atış görüntüləri - Video
21.09.2019
Erməni nazir Türkiyə ilə bu məsələdə razılığa gəldi