Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6653

Digər sorğular

Sabahdan bu bankda kompensasiyaların verilməsinə başlanılacaq

23:59  |    10 Oktyabr 2016  |   E-mail  |  Çapa göndər


Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarına əsasən, lisenziyası ləğv edilmiş “Bank Standard” Kommersiya Bankında qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə oktyabrın 11-dən saat 10:00-dan etibarən başlanılacaq.

Qaziler.az bildirir ki, palatadan “APA-Economics”ə verilən məlumata görə, “Bank Standard” KB-nin əmanətçilərinin sayının çox olmasını və əmanətçilər arasında sosial həssas təbəqələrin olmasını nəzərə alaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən ilkin mərhələdə 20 min ABŞ dollar məbləğinə qədər olan qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi həyata keçiriləcək.

Qorunan əmanətlər öz valyutasında ödəniləcək. Bir əmanətçinin bir neçə valyutada əmanəti olduqda, yəni həm milli, həm də xarici valyutalarda əmanəti olduqda isə kompensasiyalar “Əmanətlərin Sığortalanması haqqında” qanununa müvafiq olaraq toplanılır və sığorta hadisəsi baş verən günü (04 oktyabr 2016-cı il) rəsmi məzənnəyə müvafiq olaraq manatda ödənilir.

Daha iri məbləğdə qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə isə yaxın günlərdə başlanılacaq və bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmanətlərin Sığortalanması Fondu ictimaiyyəti əlavə məlumatlandıracaq. Kompensasiyaların ödənişi “Bank Standard” KB-nin baş ofisi daxil olmaqla Bakı şəhəri və regionlarda yerləşən 14 filialında həyata keçiriləcək.

“Bank Standard” KB-də qorunan əmanətlərin hamısı tam şəkildə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödəniləcək. Əmanəti qorunan əmanətçilər 1 il ərzində istənilən vaxtı müraciət edərək kompensasiyalarını ala bilərlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.12.2019
Almaniyada 31 avroya satılan nişanı BNA 1840 manata alıb?- Rəsmi açıqlama
29.12.2019
İlin ən yaxşı idman federasiyası məlum oldu - FOTO
26.12.2019
İşdən çıxarılan həkimin şok səs yazısı: “Mən elə şərəfsiz köpək oğlunun...”(AUDİO)
16.12.2019
Prezident İlham Əliyev 2020-ci il dövlət büdcəsini təsdiqləyib
14.12.2019
Yol qəzaları səbəbindən bu rayonlarda qaz təminatı müvəqqəti olaraq dayandırılıb