Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6712

Digər sorğular

Rusiya tamamilə Suriyaya yerləşir

21:21  |    10 Oktyabr 2016  |   E-mail  |  Çapa göndər

Moderator.az xəbər verir ki, Rusiya təyyarələrinin müddətsiz şəkildə qalacağı Aralıq dəniz liman şəhəri Tartusda indi də daimi bir donanma bazası yaradılır.

Rusiya müdafiə nazirinin müavini Nikolay Pankov Moskva rəhbərliyinin daxili müharibənin davam etdiyi Suriyanın Tartus şəhərində daimi donanma bazası yaradacağını deyib.

Parlamentin üst qanadı Federasiya Şurasında danışan Pankov lazımi sənədin hazırlandığını və nazirliklər səviyyəsində qəbul olunduğunu bildirib. Pankov məclis üzvlərinə "Prosedurun başa çatdıqdan sonra bunu sizin təsdiqinizə təqdim edəcəyik" - deyib.

Qeyd edək ki, Rusiyanın Tartusta hazırda istifadə etdiyi hərbi bazası yerləşir. Baza hərbi gəmilər üçün təmir və təsis kompleksi adlanır.

Moskva son dövrdə apardığı həmlələrlə Suriyada hərbi varlığını qalıcı hala gətirir. Parlamentin alt qanadı Duma ötən həftə Rusiyanın Suriyadakı Himeymim Bazasını müddətsiz istifadə etməsini nəzərdə tutan müqaviləni qəbul etmişdi. Rusiya Müdafiə Nazirliyi də Suriyada S-300 hava müdafiə sistemi yerləşdirildiyini açıqlamışdı.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.02.2020
İranda məktəb və universitetlər bağlanır - Komitə qərar verdi
25.02.2020
Moskva-Ankara gərginliyi pik həddə
25.02.2020
İranda koronavirusdan ölənlərin sayı artdı
25.02.2020
Çində koronavirus qurbanlarının sayı 2663 nəfərə çatıb
25.02.2020
20 yanvar faciəsini törədən Dmitri Yazov öldü