Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6654

Digər sorğular

Cavid Qurbanov İranda və Qazaxıstanda nümayəndəlik açmaq istəyir

20:13  |    10 Oktyabr 2016  |   E-mail  |  Çapa göndər

"Azərbaycan Dəmir Yolları" QSC İranda nümayəndəlik aça bilər. Virtualaz.org-un məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, bu, Naxçıvan-Məşhəd sərnişin qatarının istismara verilməsindən sonra baş verə bilər.

С.Qurbanov deyib: "Bildiyiniz kimi, bizim İranla birbaşa dəmir yolu əlaqəmiz yoxdur. Doğrudur, Culfadan dəmir yolu xətti var, lakin Ermənistanın işğalçı siyasəti üzündən biz həmin dəmir yolundan istifadə edə bilmirik. Amma biz artıq Naxçıvan-Məşhəd sərnişin qatarını istismara vermək niyyətindəyik. Düşünürəm ki, bundan sonra İranda nümayəndəlik aça bilərik".

Cavid Qurbanov Azərbaycanın dəmir yolu sahəsində Qazaxıstanla əməkdaşlığını genişləndirəcəyindən və orada da nümayəndəliyin açılacağı perspektivindən danışıb. O qeyd edib ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin Qazaxıstanda nümayəndəliyinin açılması dəmir yolu sahəsində iki ölkə arasında əlaqələrin gələcək inkişafına istiqamətlənib.

Onun sözlərinə görə, ötən il Qazaxıstan üzərindən Çindən 1,2 milyon konteyner daşınıb: "Buna görə də bu sahədə Qazaxıstanın təcrübəsini öyrənmək bizim üçün vacibdir".

C.Qurbanov onu da bildirib ki, bu günlərdə Qazaxıstanda "Azersun" şirkətinin tikdiyi Azərbaycan logistik mərkəzinin açılışı olacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.12.2019
Almaniyada 31 avroya satılan nişanı BNA 1840 manata alıb?- Rəsmi açıqlama
29.12.2019
İlin ən yaxşı idman federasiyası məlum oldu - FOTO
26.12.2019
İşdən çıxarılan həkimin şok səs yazısı: “Mən elə şərəfsiz köpək oğlunun...”(AUDİO)
16.12.2019
Prezident İlham Əliyev 2020-ci il dövlət büdcəsini təsdiqləyib
14.12.2019
Yol qəzaları səbəbindən bu rayonlarda qaz təminatı müvəqqəti olaraq dayandırılıb