Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6941

Digər sorğular

Şəhidlərin xatirəsinə həsr olunmuş filmin təqdimatı olub - FOTOLAR

03:05  |    08 Oktyabr 2016  |   E-mail  |  Çapa göndər


Bu gün CinemaPlus-da "Həyatımın rolu" filminin premyerası keçirilib.

Qaziler.az-ın məlumatına görə, Musavat.com xəbər verir ki, aprel döyüşlərində şəhid olmuş əsgərlərimizin xatirəsinə ithaf olunan filmdə Bəhruz Vaqifoğlu, Gülzar Qurbanova, Faiq Mirzəyev, Rəqsanə Imirli, Elvin Əhmədov, Şəhriyar Əbilov, Hacibaba Məmmədov və başqaları rol alıb.

Film haqda danışan rejissor Əsgər Hüsüyev bildirib ki, ekran işinin bəyəniləcəyini düşünür: “Filmin məqsədi Qarabağ reallıqlarını və arxa cəbhədə yaşananları insanlara çatdırmaqdır. Eyni zamanda 1992-ci ildə dərman və bir çox çatışmazlığa baxmayaraq, həkimlərin işlərinin öhdəsindən canla-başla gəlməsini göstərdik. Film mənim diplom işimdir. Aktyorlar barədə 1 aya yaxın prodüser Azər Həsənovla düşündük. Baş rolu əməkdar artist Gülzar Həsənova ifa edib. O, ekran işində təmənnasız rol aldı. Bütün aktyorlara təşəkkür edirəm ki, bizim işdə bir araya gəldilər”.

Əməkdar artist Gülzar Qurbanova isə bildirib ki, gənc istedadlara dəstək olmaq lazımdır: “Biz gənclərə dəstək olmalıyıq. Onlar gələcəyin məşhur rejissorları, aktyorları ola bilərlər. Bu ekran işinin ssenarisini oxuyub, çox bəyəndim. Gənclərin ağrı-acımıza biganə olmaması çox yaxşı haldır. Bu, məni qürurlandırır. Bütün istedadlı uşaqlarımıza uğurlar arzulayıram”.

Qeyd edək ki, ekran işinin quruluşçu rejissoru Əsgər Hüsüyevdir. Ssenarisi Pərviz Seyidli, Sabir Camala məxsusdur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.07.2020
Milli Qəhrəman Asif Məhərrəmovun anım günüdür
03.07.2020
Unudulmaz döyüşçü - Milli Qəhrəman Koroğlu Rəhimov - FOTOLAR
02.07.2020
Təcili bu ərazini işğaldan azad etməliyik – Millət vəkili
02.07.2020
Qarabağın azərbaycanlı icmasına yeni sədr müavini təyin edildi
01.07.2020
"Əsgər Ailəsi Cəmiyyəti" Türkiyədə qeydiyyata alındı