Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6569

Digər sorğular

Bakıda Dubay nömrəsi ilə sürülən `Lamborghini` saxlanıldı - FOTOLAR

23:01  |    07 Oktyabr 2016  |   E-mail  |  Çapa göndər


Yol polisi Bakı şəhərində yarım milyonluq "Lamborghini" markalı avtomobili cərimə meydançasına saldı.

Bu barədə criminal.az saytına avtomobilin sahibi Xəyal Tağızadə məlumat verib.

X.Tağızadə avtomobilinin cərimə meydançasına salınmasında criminal.az-ı günahlandırıb və səbəb kimi saytda dərc olunmuş məlumatı göstərib.

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl criminal.az saytı avtosfer.az-a istinadla Bahalı maşını Bakıda Dubay nömrəsi ilə sürən kimdir? başlıqlı yazı dərc etmişdi.

Həmin yazıda qeyd olunurdu ki, məmur balaları yeni üsula əl atıblar. L 1117 Dubai nömrəli "Lamborghini" markalı avtomobil Bakıda bir neçə aydır sürülür. Son aylar Azərbaycana ərəb turistlərin axın etdiyi bir zamanda insanlar həmin avtomobilin sahibinin ərəb şeyxlərindən biri olduğunu zənn edirdilər. Lakin indi məlum olur ki, bu avtomobil Azərbaycanın yüksək rütbəli məmurlarından birinin ailə üzvünün avtomobilidir. Həmin avtomobili vaxtilə Dubayda sürən bu şəxs gözə girmək, diqqət mərkəzində olmamaq üçün maşını Bakıya gətirmirmiş. Lakin ərəb turistlərin Bakıya axını başlayandan sonra həmin avtomobil də müxtəlif vasitələrlə Azərbaycana gətirilib, - deyə yazıda qeyd olunub.

Avtomobilin sahibi X.Tağızadə bü gün bildirdi ki, həmin avtomobil ona məxsusdur və avqust ayında Dubay şəhərindən Bakıya gətirilib: Maşının 3 ay Bakıda Dubay nömrəsi ilə idarə olunması üçün icazəsi var. Lakin saytda yazılan yazıdan sonra yol polisi dünən maşını saxlayaraq cərimə meydanına apardı. Mən nə məmur oğluyam, nə də "avtoş"... Niyə rahat yaşamağa qoymursunuz bizi?

Fəxr etməlisiniz ki, azərbaycanlı "Lamborghini" sürür. Mən halal pul qazanıb maşın almışam. Dəqiqləşdirmədən, yoxlamadan yazını verməklə kiməsə ziyan vurursunuz. Bir həftədən sonra maşın yenidən Dubay şəhərinə aparılacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.11.2019
Bakıda bir ailənin 4 üzvünün öldüyü yol qəzası ilə bağlı RƏSMİ
18.11.2019
Xəzərdə neftçi batıb
18.11.2019
Gəncədə arvadını öldürərək qaçan şəxs Bakıda tutulub
16.11.2019
Gəncədə 25 yaşlı oğul atasını qətlə yetirdi
16.11.2019
Gəncədə qadının əri tərəfindən qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb - TƏFƏRRÜAT