Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6561

Digər sorğular

Türkiyədə onlara böyük nifrət var - FOTO

20:40  |    30 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər

Avropa, xüsusilə Aralıq dəniz sahilində yerləşən ölkələr keşiş axund və nur simalı ravvinlər tərəfindən dünyanın ən kasıb məmləkəti hesab olunur. Avropa bir vaxtlar Suriyalı qaçqınları qəbul etməməkdə israrlı və mübariz olduqları halda axı onlara necə mənəvi cəhətdən yoxsul dövlətlər deməyəsən? Bu bir növ qatı dindarın ibadət etməyən, lakin Allahın varlığını qəbul edən bir şəxssə “Sən bir ateistsən” deməsi ilə eynilik təşkil edir. İndi istəyir o şəxs özünü oda-alova atsın xeyri yoxdur, o yenə ateist olaraq qalacaq. Allah dindarlara səbri həm də ona görə verib ki, qeyri-dindar qövmünü rahatlıqla suçlaya bilsin. Eləcə də dünya katolikləri məscid və sinaqoqlarında çağırışlar səslənir: “Avropa ən kasıb qitədir”. Belə yerdə deyərlər, durmadıq yerdə işə düşdük. Hərçənd ki, bu bədbəxtlərin də bildiyi bir şey var. Terrora gizlin belə dəstək olmayan avropalılar saman altından axan terrorçulardan qorxurlar. Ağıllı adam ola durub bu miqrantlara deyə ki, ay bala öz vətəninizi niyə qoyub gəlirsiniz buralara?..

Yaxşı sualdır

Belə yerdə türk millətinin vətənpərvərlik ruhunu insan öz içində hiss edir. Biz də türkük torpağına bağlı olan, İsrail, ABŞ, ingilis qüvvələrinin işğalçı adətələrinə məhəl qoymayıb canı və qanı bahasına da olsun öz torpağının müdafiəsinə qalxmağa hər an hazır olan millətik. Türkiyədə yaşayan bir sıra dostlarımın arasında apardığım kiçik sorğuda Türkiyənin əksər hissəsi suriyalılara nifrət edir. Burada nifrəti doğuran iki səbəb var. Başlıcası odur ki, suriyalı qaçqınların öz torpaqlarını qoyub qaçmaları patriotizm dəyərlərinə tamamilə zidd bir anlayışdır. İkincisi isə Türkiyə mətbuatının yaydığı bir sıra məlumatlarda Suriyalı qaçqınlar bu ölkədə terror aktı törətməyə cəhd edir və o cümlədən gənc suriyalılar türk millətinə qarşı istehza və nifrətlə böyüdülür. Doğrudur, PKK ruhu heç şeytanda da yoxdur, amma ona tərəf meyllərin çoxluğu “Adamı hasta ediyor arkadaş”. İndi müsəlman qövmü olan türklər suriyalıları islamın sevgisinə belə bağışlamırlar. Məhz bu hadisələrə görə: “Suriyalı qaçqınlar türk bayrağını endirdi”, “Suriyalı qaçqın Türkiyədə toyu basdı və 8 nəfəri qətlə yetirdi”, “Suriyalılar dəyənəklərlə taksi sürücülərinə hücum etdi”, “Suriyalı gənc oğurluq əməlləri ilə günün rekordunu qırdı” və s. bır çox xəbər bülletenləri günümüzə qədər yayımlanmaqdadır. Hələ bu azmış kimi Türkiyədə küçə heyvanlarına da zülm edirlər. Hökumət isə bu nankor mücahirlərin övladlarını universitetə imtahansız qəbul edir, təhsil verir. Daha sonra isə xalq artıq dayana bilməyib Suriya qaçqınlarına qarşı etiraz aksiyası keçirirlər. Vallah bu qədər qudurğanlığı hansı ölkə görsə ayağa qalxar. “Dənizdə boğulmaq Türkiyədə yaşamaqdan yaxşıdır” deyən suriyalı tələbə bu mitinqin altında əzilməlidir.

ABŞ-ın sülhməramlı maskası ilə Suriyanı bombardman etməsi zəminində qərbin vəhşi üzü nümayiş olunur. Belə tanıtım platformasında suriyalılara hər kəs fağır və dünyanın ən bədbəxt xalqı kimi yanaşırlar. Elə evimizi yıxan da budur. İndi Almaniya, İtaliya, Yunanıstan nahaqdan miqrant qadağasına can atmırlar. Onların da bir bildikləri var. Belə məqamda Türkiyə bir qardaş ölkə olaraq Azərbaycanın tarixindən bəzi örnəklər almalıdır. 25 il əvvəl qonşu ermənilərin can, can deyib arxamızdan bıçaqlaması, bizə qarşı terrorçuluq siyasəti yürütməsi və s. qətliamlar elə qardaş Türkiyə üçün “Qonşu kabusu”nun nə demək olduğunu bir az da olsa anladır. Qardaşımızın vəzifəsi nədir? Yəqin ki, miqrant dalğasının qarşısı alınmlaıdır. Maşallah, 80 milyonlu ölkənin bu cür risklərə əl atması məqbul deyil. Gərəkdir ki, ən azından ölkədə qaçqınlar arasında PKK tərəfdarları yaranmağa başlayır. Onlar köçən suriyalı miqrantların komandasına daxildir. Əsas nəticə etibarilə gələcək barədə proqnoz verməyə çalışan mütəxəssislər Avropanın vicdanla sınağa çəkilməsinə baxmayaraq onların yenə də müsəlman qorxusu var. Doğrudur, Türkiyənin Suriya qaçqınlarını ölkəsinə köçməsinə icazə verməsi bir tərəfdən də dini identifikasiyaya əsaslanır. Yəni “onlar da müsəlman, biz də müsəlman” tezisi ortaya atılıb. Cəmiyyət içindəki kiçik Suriya toplumu türklərə baş bəlası olmaqdadır.


Rüfət Soltan


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.11.2019
Rəcəb Tayyib Ərdoğan: Türkiyə “Patriot”ları ala bilər, amma S-400-ü də alacaq
14.11.2019
Müdafiə naziri Rusiyanı düşmən adlandırdı
14.11.2019
Almaniyada miqrant alveri ilə məşğul olan iki azərbaycanlı saxlanılıb
14.11.2019
Ərdoğan Trampın sözünü kəsib, səhvini düzəltdi - VİDEO
13.11.2019
Ağ Evdə Trampla Ərdoğanın görüşü: S-400 və F-35-ləri danışacağıq - Tramp - VİDEO