Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6900

Digər sorğular

Rusiya Misirə uçuşları bərpa edir

03:15  |    26 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər


Misir KİV-lərinin ölkənin Mülki Aviasiya Nazirliyindəki məlumatlı mənbələrə istinadla yaydığı xəbərlərə görə, Rusiya və Misir arasında aviareyslər oktyabrda bərpa oluna bilər.

Qaziler.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, tərəflər oktyabrda aviareyslərin mərhələli şəkildə bərpası haqqında razılığa gəliblər. Misir aviasiyanın rəhbərləri iki ölkə arasında aviareyslərin yenilən başlanması və uçuşların təhlükəsizliyin təmin olunması məsələlərində rusiyalı həmkarları ilə sıx əməkdaşlıq edir.

İlk növbədə Qahirə ilə Moskva arasında reyslərin bərpa olunması nəzərdə tutulur. Bu reyslər Qahirə aeroportunun yeni terminalından yerinə yetiriləcək. Sonra Hurqada və Şarm-əş-Şeyx kurort şəhərləri ilə müntəzəm aviareyslərin bərpasına başlanacaq.

Xatırladaq ki, 2015-ci il oktyabrın 31-də Misirin Şarm-əş-Şeyx kurortundan Sankt-Peterburqa uçan Rusiyaya məxsus A321 avialayneri Sinay səmasında qəzaya uğramışdı. Təyyarədəki 217 sərnişinin və yeddi heyət üzvünün hamısı həlak olmuşdu. Bu hadisədən sonra Misirlə Rusiya arasında aviasiya rabitəsi kəsilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.06.2020
Əsgər dostları türk şəhidin son görüntüsünü paylaşdı - VİDEO
06.06.2020
Türkiyədə erməni muzeyi açıldı - İlk dəfə
06.06.2020
Kaliforniyada polislərə boğucu üsulun təlimi dayandırıldı
06.06.2020
Kanadanın baş naziri öldürülən afroamerikalını diz çökərək yad etdi - FOTO
06.06.2020
Rusiyada Paşinyanın siqaret qaçaqmalçılığı araşdırılır