Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6891

Digər sorğular

Ərdoğan Rza Zərrabın həbsindən danışdı: “İran da eyni mövqedədir“

17:27  |    25 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Nyu-Yorkda BMT-nin sammitindən qayıdarkən təyyarədə jurnalistlərlə söhbət edib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan söhbət zamanı bir sıra vacib məsələlərlə, eləcə də bir müddət əvvəl ABŞ-da həbs edilən tanınmış iş adamı Rza Zərrabla bağlı məsələyə münasibətini açıqlayıb: “Baydenlə görüşdə Rza Zərrab məsələsini də gündəmə gətirdim. O, Türkiyə vətəndaşıdır və ailə üzvləri ilə birgə ABŞ-a daxil olarkən həbs edilib. Həyat yoldaşı və övladı isə deportasiya edilib. Baydendən bu həbsin hansı qanuna əsasən həyata keçirildiyini soruşdum. Bizim vətəndaşımız olduğu üçün onun hüququnu müdafiə etməliyik. Həbs edilən Rza Zərrab deyil, digər bir vətəndaş da ola bilərdi. Digər tərəfdən isə, Türkiyənin həm Ədliyyə, həm də İqtisadiyyat Nazirliklərinin apardığı araşdırmalar bu şəxsin qanundankənar iş görmədiyini göstərir. İran da eyni mövqedədir. Amma bütün bunlara baxmayaraq Rza Zərrab 6 aydır ki, həbsdə saxlanılır”.

Türkiyə prezidenti ABŞ-da Rza Zərrabı mühakimə edən məhkəmə heyətinin tərkibinə diqqət çəkib və onların FETÖ qruplaşması ilə əlaqəli olduğunu deyib: “Prokuror Bharara da, hakim Riçard Berman da Türkiyədə daha əvvəl olublar və FETÖ tərəfindən qonaq ediliblər. Yəni Rza Zərrabı ABŞ-da tutub FETÖ-nün yedirdib-oçirdiyi adamlara təhvil veriblər. Bayden isə “bu qədərini bilmirdim” dedi. Onlar hüquqla məşğul deyillər, münasibətlərin arxasında başqa şeylər axtarırlar. Qəribədir, ittihamnamədə TOGEM birliyinin yaradanların arasında həyat yoldaşımın da olduğu və mənim də bu təşkilatla əlaqələrimin olduğu yazılır. Amma o dərnəyi yaradanlar arasında nə mən varam, nə də həyat yoldaşım. Bütün bunların gündəmə gəlməsi hansısa çirkin niyyətin göstəricisidir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.06.2020
Nikol Paşinyan koronavirusa yoluxub
31.05.2020
Rusiyalı məşqçi koronavirusdan öldü
31.05.2020
Tramp bu qruplaşmanı terror təşkilatı elan edəcək
31.05.2020
Koronavirusa yoluxanların sayı 6,2 milyonu keçdi
31.05.2020
Mühüm əməliyyat: PKK-nın önəmli adamı məhv edildi