Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6718

Digər sorğular

“Qəbələ“ Danimarka klubuna penaltilərlə qalib gəldi

16:17  |    04 Aprel 2015  |   E-mail  |  Çapa göndər

“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandasının da iştirak etdiyi ənənəvi beynəlxalq “VI Manavqat” turnirinə yekun vurulub.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” Türkiyədə təşkil olunan yarışdakı son oyununda Danimarkanın “Holbak” klubu ilə üz-üzə gəlib.
13-14-cü yerlər uğrunda mübarizə aparan komandaların oyununda qalib müəyyənləşməyib – 1:1. “Qəbələ”nin heyətində Veysəl Rzayev qol sevinci yaşayıb. 13-cü yerin taleyinə oyun sonrası penaltilər seriyasında aydınlıq gəlib. 3:2 hesabı ilə qalib gələn Ülfət Mədətovun yetirmələri turnirdə çıxış edən 24 komanda arasında 13-cü olub. “Qırmızı-qaralar” sabah axşam saatlarında Azərbaycana qayıdacaq.
Qeyd edək ki, “VI Manavqat” turnirinin final oyununda iki adlı sanlı klub – İngiltərə “Çelsi”si və Türkiyə “Qalatasaray”ı üz-üzə gəlib. Bu qarşılaşmada əvvəl London təmsilçisi 2 qol vursa da, türkiyəlilər hesabı bərabərləşdirməyə nail olub. Lakin “Çelsi” matçın sonlarında 3-cü dəfə fərqlənməklə turniri çempion kimi başa vurub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.02.2020
Mariya Şarapova karyerasını başa vurdu - Tennisçidən açıqlama
24.02.2020
Qazaxıstan millisi Azərbaycanla oyundan imtina edib
23.02.2020
“Qalatasaray” 21 ildən sonra “Fənərbaxça”ya qalib gəlib
23.02.2020
Ronaldo 1000-ci oyunu keçirdi, 725-ci qolunu vurdu
22.02.2020
Azərbaycan "Böyük Dəbilqə"də ilk medalını qazandı