Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Müdafiə Sənayesi Nazirliyi: “Tələbat o qədər çoxdur ki...“

17:33  |    22 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər

"Ermənistanda keçirilən parad parodiya idi".

APA-nın məlumatına görə, bunu müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.

O bildirib ki, Azərbaycanın heç bir ölkədən havayı silah-sursat almasına ehtiyacı yoxdur: "Biz istehsal etməklə yanaşı müasir texnologiyaları alıb həmin məhsulları istehsal etməyə çalışırıq. Ordumuzu silah-sursat, döyüş texnikası ilə təmin etməyə qadirik".


"Ermənistanda paradda nümayiş etdirilən “İsgəndər M” raket kompleksinə bərabər kompleksin Pakistandan alınması üçün danışıqlar aparılırmı?" sualına cavab olaraq nazir müavini deyib ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi istehsalçıdır, silah-sursat almır. “Bu sualı Müdafiə Nazirliyinə ünvanlasanız, daha yaxşı olar".

"Bizim məmulatlara tələbat o qədərdir ki, artıq bəzi sifarişlərdən imtina edirik. Buna səbəb vaxtımız və imkanımızın olmamasıdır. Əsasən, Avropa, Afrika və Asiya ölkələrindən müraciətlər olur. Daha çox döyüş sursatları, silah almaq üçün müraciət edirlər. Silahlarımız rəqabətli və keyfiyyətlidir, dünya bazarındakı qiymətlərə uyğun satılır", - deyə nazir müavini qeyd edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...
17.09.2019
Bakının xilas gününü işğal kimi qələmə verənlər
17.09.2019
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır