Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6567

Digər sorğular

Mingəçevir Şəhər Tarix Muzeyi istifadəyə verilib - FOTO

00:15  |    22 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər


Sentyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir Şəhər Tarix Muzeyinin açılışında iştirak edib.

Qaziler.az-ın Trend-ə istinadən məlumatına görə, dövlətimizin başçısına məlumat verildi ki, Mingəçevir Şəhər Tarix Muzeyi 1968-ci ildə Mingəçevir Dövlət Dram Teatrının binasındakı bir otaqda fəaliyyətə başlayıb. 1985-ci ildən 2015-ci ilədək isə doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində fəaliyyətini davam etdirib. Lakin sonradan Heydər Əliyev prospektində yerləşən əvvəlki Heydər Əliyev Muzeyinin binası yenidən quruldu və Mingəçevir Şəhər Tarix Muzeyi də həmin binaya köçürüldü. Yenidənqurma işlərindən sonra indi binanın ümumu sahəsi 810 kvadratmetr təşkil edir.

Muzeydə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətindən, ölkəmizin inkişafı istiqamətindəki xidmətlərindən bəhs edən fotoguşə yaradılıb.

Bildirildi ki, üç fond otağından, 50 nəfərlik müşavirə və 2 ekspozisiya zallarından ibarət olan muzeydə 16 min eksponat qorunur və onlardan 400-ü ekspozisiya zallarında nümayiş etdirilir. Bu son dərəcə qiymətli eksponatlar ölkəmizin dünyanın qədim insan məskənlərindən olduğunu bir daha təsdiqləyir.

Muzeylə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri işdən çıxarılıb
19.11.2019
Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
19.11.2019
Əlibəyli ilə müqavilə ləğv edildi, verilişi bağlandı - Rəsmi
18.11.2019
Ağa Məhəmməd şah Qacarın gürcü çarı II İrakliyə ULTİMATUM MƏKTUBU
18.11.2019
Sabahın hava proqnozu açıqlanıb