Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

ABŞ səfiri referendum ərəfəsində MSK-ya getdi

20:00  |    21 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər

Bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.

Bu barədə virtualaz.org-a Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

R.Sekuta rəhbərlik etdiyi qurumun MSK ilə sıx əməkdaşlığından məmnunluğunu vurğulayıb, buna görə MSK sədrinə öz təşəkkürünü bildirib və 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsinə (referenduma) hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıb.


M.Pənahov qeyd edib ki, MSK beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıqdır və bu münasibətlər seçki və referendum praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında və əldə olunan nailiyyətlərdə əhəmiyyətli rol oynayır. O, həmçinin referendumun yüksək səviyyədə təşkil olunması, azad, ədalətli və şəffaf keçirilməsi üçün Azərbaycanda hər cür şəraitin və demokratik mühitin olduğunu vurğulayaraq, ölkəmizin seçki (referendum) qanunvericiliyi, seçki komissiyalarının fəaliyyət prinsipləri və qarşıdan gələn ümumxalq səsverməsi ilə bağlı vətəndaşların referendumda iştirak hüquqlarının daha səmərəli təmin edilməsi üçün gerçəkləşdirilmiş genişmiqyaslı layihələri diqqətə çatdırıb.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran məsələlər və müxtəlif sahələrdə qurumlar arasındakı əməkdaşlığın mümkün perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Deputatların pensiyaları da artacaq
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...
17.09.2019
Bakının xilas gününü işğal kimi qələmə verənlər