Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6710

Digər sorğular

UNEC-də yenilik: “Tədrisin keyfiyyəti tələbələrin gözü ilə...”

15:42  |    21 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər

İqtisad Universitetində (UNEC) “Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” layihəsinə start verilib.

UNEC-in mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, layihənin əsas məqsədi UNEC-də keyfiyyətli tədrisin təşkilində tələbələrin iştirakını təmin etmək, onların ehtiyaclarına uyğun tədris standartlarını müəyyənləşdirmək, bununla da təhsilin səviyyəsinin yüksəldilməsinə zəmin yaratmaqdır.


Layihəyə əsasən, UNEC-in tələbə təşkilatlarının fakültə nümayəndələri mütəmadi olaraq, dərs prosesi ilə əlaqədar məlumat toplayacaqlar. Məlumatlar tələbə təşkilatlarının iştirakı ilə keçirilən görüşlərdə “Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” devizi altında müzakirə ediləcək. Sonra təklif və şikayətlər əsasında fakültələr üzrə hesabat hazırlanaraq, universitet rəhbərliyinə təqdim ediləcək. Semestrin sonunda ortaya çıxan problemlər və onların həlli istiqamətində görülən işlər tələbələrlə müzakirə edilərək, tədrisin keyfiyyətindəki müsbət dəyişikliklər barədə hesabat hazırlanacaq.

Layihə həm də keyfiyyətli tədrisin təşkili sahəsində müəllim və tələbə arasında əməkdaşlığın formalaşmasına xidmət edəcək.

Bildirək ki, layihə hazırlanarkən Avropa Keyfiyyət Təminatı Assosasiyasının “Keyfiyyat təminatı üzrə standart və qaydalar” adlı sənədi əsas götürülüb. Sənədə görə, tələbələr tədris prosesinin keyfiyyətini müəyyən edən əsas tərəflərdən biridir və onların keyfiyyət təminatı prosesinə cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.02.2020
“Bəziləri deyir ki, Məzahir Pənahovun yanında Stalin toya getməlidir”
24.02.2020
Vasif Talıbov yenidən sədr seçildi
24.02.2020
Elman Nəsirovun dairəsində 2 məntəqə nəzarətə götürüldü
24.02.2020
Nazirlər Kabineti koronavirusla bağlı əhaliyə müraciət etdi
24.02.2020
Mehriban Əliyeva əməkdar artistin müalicəsini üzərinə götürdü