Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

İlham Əliyevin Sarkisyana tutarlı cavabı orduda ruh yüksəkliyi yaradıb

04:11  |    21 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər

Müdafiə nazirinin tapşırığına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasında Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan prezidentinə cavabı ilə əlaqədar “dəyirmi masa” keçirilib.

Bu barədə Qaziler.az Müdafiə nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev tədbiri giriş sözü ilə açaraq birlik, birləşmə, hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində keçirilən siyasi məlumatlandırma saatlarında, ictimai-siyasi hazırlıq dərslərində şəxsi heyətin Ali Baş Komandanımızın bu cavabını Ermənistan hərbi-siyasi xuntasına vurulan növbəti zərbə kimi dəyərləndirdiyini qeyd edib.

“Dəyirmi masa” iştirakçıları bildiriblər ki, Bişkek şəhərində keçirilən iclasda Ermənistan prezidenti Serj Sarkisyanın bu ilin aprel ayında guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozduğunu iddia edən qərəzli və təxribat xarakterli çıxışına Azərbaycan Respublikası Prezidentinin tutarlı və sərt cavabı bütün xalqımız kimi Silahlı Qüvvələrin şəxsi heyətinin də böyük ruh yüksəkliyinə səbəb olub.

Qeyd olunub ki, erməni tərəfinin bu şikayətlərlə artıq bütün beynəlxalq təşkilatları bezdirməsinə baxmayaraq, Qarabağ məsələsində beynəlxalq qanunlar Azərbaycanın xeyirinə işləyir, regionda hərbi qüvvələr balansı ölkəmizin tərəfindədir və Silahlı Qüvvələrin şəxsi heyəti bundan sonra da Ali Baş Komandanımızın əmrlərinə hər an hazırdır.

Müzakirələrdə Müdafiə Nazirliyinin əməkdaşları, qoşun növləri və qisimlərinin, Bakı Qarnizonu hərbi hissələri və xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...
17.09.2019
Bakının xilas gününü işğal kimi qələmə verənlər
17.09.2019
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır