Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Bank səhv etdi, müştəridən əlavə pul tələb olundu - VİDEO

02:46  |    21 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər


Bir vətəndaş xarici ölkəyə pul yollamaq istəsə də 3 cəhdi uğursuz alınıb.

Qaziler.az xəzərxəbər.com-a istinadən bildirir ki, vətəndaşın iddiasına görə, buna səbəb bank əməkdaşının pul göndəriləcək adamın adını 2 dəfə səhv qeyd etməsi olub. 3-cü dəfə də isə vətəndaşdan pulun yenidən göndərilməsi üçün əlavə komisiya haqqı tələb edilib.

Bayram Həmidli deyir ki, bank əməkdaşı pul çatacaq adamın adını səhv qeyd etdiyi üçün proses alınmayıb. Yenidən banka müraciət edib və problemin aradan qaldırılmasını istəyiblər. Daha sonra bank əməkdaşı yenidən qeydiyyat aparıb və pul bir daha göndərilib. Ancaq bir müddət sonra məlum olub ki, bank əməkdaşı həmin şəxsin adını yenə səhv yazıb.

Problemlə bağlı sözügedən bankdan bildirildi ki, vətəndaşın iddiası əsassızdır. Pulu qəbul edəcək adamın adının səhv qeyd edilməsinin səbəbi müştərinin həmin şəxsin adını və soyadını 2 dəfə yanlış deməsidir. Ancaq vətəndaşın etirazından sonra alıcının adı düzəldirərək rüsum tələb edilmədən pul yenidən ona göndərilib.

Ekspertlərin belə problemlərin yaşanmaması üçün bir sıra tövsiyyələri var.

Ekspert Anar Ramazanov deyir ki, məlumatlar sistemə rəsmi sənəd əsasında qeyd edilməlidir ki, səhv ehtimalı minimuma endirilsin və problem olduqda əldə sübut olsun.

Banklar isə vətəndaşların bu cür ödənişlər zamanı məlumatı yenidən yoxlamasına şərait yaratmaldırılar.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Deputatların pensiyaları da artacaq
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...
17.09.2019
Bakının xilas gününü işğal kimi qələmə verənlər