Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Nazirlik bu il 2747 nəfər peşə hazırlığı kurslarına cəlb edib

22:00  |    20 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işaxtaran və işsiz vətəndaşların məşğulluq imkanlarına yiyələnmələri üçün həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biri də belə vətəndaşların əmək bazarının tələblərinə uyğun peşə hazırlığının təşkil olunmasıdır.

Bu istiqamətdə tədbirlərin davamı olaraq, cari ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə 2545 nəfər vətəndaş (o cümlədən 108 nəfər əlilliyi olan şəxs) üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. Həmçinin bu dövrdə nazirliyin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə 202 nəfər gənc peşə hazırlığına qəbul olunub.

Ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin 8 ayında 2747 nəfər vətəndaşın peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilməsi işləri görülüb ki, həmin şəxslərdən 310 nəfəri (11,3 faiz) əlilliyi olan şəxslərdən ibarətdir.
Qeyd olunan kurslarda kompüter istifadəçisi, kompüter mühasibliyi, qənnadçı, tornaçı, dərzi, bərbər, mebel quraşdırıcısı, kompüter texnikasının təmiri, elektrik qaynaqçısı, avtomobil təmiri üzrə çilingər, xalçaçı və s. peşələr öyrədilib. Peşə kurslarında modul tədrisi proqramlarından da geniş istifadə olunub və kursları bitirənlərə sertifikatlar təqdim edilib.

Peşəyönümü tədbirləri də davam etdirilib. Gənclərin düzgün peşə və ixtisas seçiminə istiqamətləndirilməsi üçün pedaqoji kadrların və valideynlərin də iştirakı ilə keçirilən peşəyönümü tədbirlərində 64102 nəfər gəncə peşəyönümü məsləhətləri verilib. Onların əksəriyyətini orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri təşkil edib.




Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq