Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Bu şəxslər tibbi sığorta haqqı ödəməyəcək

21:00  |    20 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər

“Aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr, rəsmi işsizlik statusu olan vətəndaşlar tibbi sığorta haqqı verməyəcək. Təqribən 4 milyon vətəndaşın tibbi sığorta haqqı dövlət hesabına ödənəcək. Bu kateqoriyalardan olan vətəndaşlar icbari tibbi sığortanın baza zərfindən pulsuz istifadə edəcəklər”.


Bunu APA-ya Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib. O qeyd edib ki, icbari tibbi sığorta haqqının məbləği müəyyənləşdirilərək Nazirlər Kabinetinə və digər əlaqədar dövlət qurumlarına təqdim olunub: “Agentlik tibbi xidmətlərin vahid qiymət cədvəlini hazırlayıb. Cədvəli Tarif Şurası və ya digər müvafiq dövlət qurumu təsdiqlədikdən sonra həmin qiymət cədvəlinə əsasən, xəstəxanalara ödənişlər edəcəyik. Agentlik sığorta haqqını az məbləğdə müəyyənləşdirib ki, bəzi bahalı diaqnostik müayinələrə ehtiyac yarandıqda vətəndaş kiçik məbləği öz cibindən ödəsin. Sığorta sistemində franşiza (azadolma məbləği-red) sui-istifadə hallarının qarşısını almaq məqsədilə tətbiq ediləcək. Tutalım, vətəndaş qiyməti 60-80 manat olan kompüter tomoqrafiyası müayinəsinin 10 manatını cibindən ödəyəcək. Vətəndaş artıq biləcək ki, bunu öz cibindən ödəməlidir və lazım olmadıqda bu müayinədən istifadə etməyə cəhd etməyəcək. Bu da sığorta xərclərini tənzimləyir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq