Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Akif Çovdarov aclığı dayandırdı - PROKURORLUQLA SÖVDƏLƏŞMƏ

20:36  |    20 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov ötən aydan bəri davam edən aclıq aksiyasını dayandırıb.


Bu barədə Lent.az-a A.Çovdarovun vəkili Kamandar Nəsibov məlumat verib. Vəkil bildirib ki, müvəkkili ötən həftənin əvvəlində prokurorluq əməkdaşları ilə görüşdən sonra bu barədə qərara gəlib. Belə ki, A.Çovdarov cinayət işi tanış ola bilmədiyi üçün aclıq aksiyasına başladığını, prokurorluq əməkdaşları ilə görüşdə isə buna şərait yaradılacağı barədə vəd verildiyi üçün aclığı dayandırdığını bildirib.

K.Nəsibovun sözlərinə görə, bununla belə, Çovdarova hələ də cinayət işi tanış olmaq üçün şərait yaradılmayıb: “Akif Çovdarov cinayət işinin 29 tomu ilə tanış ola bilməyib. Məhkəmə başlayandan sonra da yəqin ki, proses təxirə salınacaq. Çünki təqsirləndirilən tərəfə cinayət işinin materialları ilə tanış olmağa vaxt verilməlidir”.

Vəkil bu gün başlayan prosesdə niyə iştirak etməklərinin də səbəblərini açıqlayıb. O deyib ki, məhkəmənin başlaması ilə bağlı nə onlara, nə də Akif Çovdarova rəsmi bildiriş getməyib. Bu səbəbdən də A.Çovdarovla müqavilə bağlaya bilməyiblər: “Bizim onu müdafiə etmək üçün orderimiz yoxdur. Çünki məhkəmənin başlaması barədə rəsmi bildiriş almamışıq. Bu gündən sonra Akif Çovdarova məhkəmə ilə bağlı məlumat veriləcək və yəqin ki, onun yaxınları, qohumları vəkillərlə müqavilə bağlayacaq”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...
17.09.2019
Bakının xilas gününü işğal kimi qələmə verənlər
17.09.2019
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır