Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6513

Digər sorğular

Göyçayda yenə kütləvi zəhərlənmə: 22 nəfər xəstəxanalıq oldu

20:22  |    20 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər

Ötən gün Göyçayda yenə toyda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev Lent.az-a açıqlamasında deyib ki, kütləvi qida zəhərlənməsi faktı rayonun Qaraməryəm kəndində keçirilən “palatka” toyunda qeydə alınıb.

İ. Abdullayev bildirib ki, hadisə zamanı 12-si uşaq olmaqla ümumilikdə 22 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilib: “ Onlardan 16 nəfəri Qaraməryəm kənd xəstəxanasına, 6 uşaq isə Göyçay rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinə yerləşdirilib. Xəstələrə tibbi yardım edildikdən sonra hamısı evə buraxılıb”.

İ. Abdullayev qeyd edib ki, toy mərasimində istifadə olunan qida qalıqlarından götürülmüş nümunələr laboratoriya müayinəsi üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib: “ Zəhərlənmənin dəqiq səbəbi laboratoriya nəticələri bəlli olduqdan sonra dəqiqləşəcək, amma ilkin ehtimala görə, bu toyda da zəhərlənmə qida çirklənməsinə görə baş verib"
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.10.2019
“İşsizin dostu” proqramına kimlər cəlb olunub?
10.10.2019
Nazirlik canlı yayımda ilk “Sosial saat”ı təqdim etdi
09.10.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi canlı yayıma başlayır
08.10.2019
Daha 1068 şəxsin ünvanlı sosial yardım almaq hüququ dayandırılıb - Saxtakarlıq faktı
07.10.2019
Nazirlik əlillərə 20 minə yaxın reabilitasiya vasitəsi verdi