Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

İtaliyalı alim Kür - Araz arxeoloji mədəniyyəti barədə elmi təqdimat keçirdi

15:44  |    20 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımovun QAZİLER.AZ-a verdiyi məlumata görə, sentyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda Fransa Elmi Araşdırmaların Milli Mərkəzinin (Centre National de la Recherche Scientifique,SNRS) “Qədim Şərqin erkən mədəniyyətləri” departamentinin arxeologiya bölümünün aparıcı elmi əməkdaşı, PHD, arxeoloq Culio Palumbinin “Arslantəpə və Kür – Araz arxeoloji mədəniyyətinin yayılması” mövzusunda təqdimatı keçirildi. Təqdimatda İnstitutun rəhbərliyi, şöbə müdirləri və əməkdaşları iştirak edirdilər.

Mövzu üzrə çıxış edən C.Palumbi Azərbaycanda olduğu müddətdə bir sıra neolit, xalkolit və erkən tunc dövrü abidələri ilə tanışlıq üçün şərait yaratdıqlarına görə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirmişdir.



Təqdimatın giriş hissəsində əcnəbi tədqiqatçı əsasən, Türkiyə ərazisində yerləşən və e.ə. V minillikdən Roma imperiyası dövrünədək tarixi mərhələləri əhatə edən çoxtəbəqəli Arslantəpə arxeoloji abidəsi barədə ümumi məlumat verdi. Daha sonra C. Palumbi Ubeyd, Uruk və Kür – Araz arxeoloji mədəniyyətlərinə aid Arslantəpənin iki təbəqəsinin (VI A və VI B1, e.ə. 3350 – 2900-cu illər) xüsusiyyətləri və mədəniyyətlər arasında əsas fərqləri vurğuladı, mədəniyyətlərin inkişafı, yayılması və bir-birini əvəzləməsi barədə mülahizələri ilə azərbaycanlı həmkarlarını tanış etdi.



Vizual təsvirlərlə müşayət olunan təqdimat bitdikdən sonra azərbaycanlı arxeoloqlar C.Palumbi ilə fikir mübadiləsi aparmış, maraqlı mühazirəyə görə minnətdarlıqlarını bildirmişlər. Öz növbəsində C. Palumbi azərbaycanlı həmkarları ilə elmi mövzular üzrə fikir mübadiləsindən məmnunluğunu ifadə etmişdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...
17.09.2019
Bakının xilas gününü işğal kimi qələmə verənlər
17.09.2019
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır