Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6887

Digər sorğular

İtaliya mətbuatı Azərbaycan paytaxtına məqalə həsr edib

04:18  |    20 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər

İtaliyanın “Turistipercaso” jurnalının elektron variantında jurnalist Marko Lakonettinin müəllifi olduğu “Bakı (2012-2016): şəhərin dəyişikliyinin minlərlə simaları” adlı məqalə dərc olunub.

Azərbaycanın İtaliyadakı səfirliyindən verilən məlumata görə, italiyalı jurnalist məqalədə Azərbaycana səfəri zamanı əldə etdiyi təəssüratları haqqında məlumat verir.

Sözügedən məqalədə Marko Lakonetti adlı italyan jurnalisti fərqli dövrlərdə Bakıya səfərinə dair söz açır və qısa bir dövrdə Bakının simasının daha da gözəlləşməsindən bəhs edir. Yazıda jurnalist 2012-ci ildə Bakıya ilk səfəri haqqında təəsüratlarını bölüşür. 2016-cı ildə Bakı şəhərinə növbəti səfərini edən italiyalı jurnalist müşahidə etdiyi inkişafdan məlumat verir və bu dəyişikliklərə heyran qaldığını bildirir. Bakı memarlığından söz açan müəllif burada Barrokko və Neoklassik nümunələrlə yanaşı, müasir tipli tikililərin, o cümlədən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Yeni hava limanı, "Flame Towers" haqqında məlumat verir. Bakının nəfis memarlıq abidələri, gözəl binaları şəhərin simasını çox qısa bir zamanda dəyişdiyini yazır. Ölkədəki inkişafın canlı şahidi olan Marko Lakonetti Bakıda ənənəvi memarlıq abidələrinin müasir memarlıq abidələri ilə sintez təşkil etdiyini qeyd edir.

Eyni zamanda, jurnalist Bakı şəhərinin turistik imkanları haqqında geniş məlumat verir.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
30.05.2020
Sədərək Ticarət Mərkəzinin sahibkar və satıcılarına QADAĞA
30.05.2020
Nazir bu rayona yeni rəis təyin etdi
30.05.2020
Azərbaycanda məscidlər də ibadətə açılır? - Rəsmi açıqlama
30.05.2020
Bakıda küçələr dezinfeksiya edilir
30.05.2020
Şəhərlərarası sərnişindaşıma ilə bağlı yeni qaydalar tətbiq ediləcək - VİDEO