Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6563

Digər sorğular

“Vuelta“nın qalibi “Tour d’Azerbaïdjan“da

21:39  |    03 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Mayın 6-10-da keçiriləcək "Tour d’Azerbaïdjan-2015" veloyürüşünin iştirakçıları arasında tanınmış velosipedçilər olacaq. Azərbaycan Velosiped İdmanı Federasiyasından ( AVİF) Trend-ə verilən məlumata görə, onlardan biri Amerika Birləşmiş Ştatlarının "Airgas-Safeway Cycling" komandasının üzvü Kris Hornerdir.

K.Horner 2013-cü ildə "Radio Shack" komandasının heyətində çıxış edərkən, planetin ən nüfuzlu 3 velosiped yarışından biri sayılan "Vuelta"nın qalibi olmaqla adını dünya idmanı tarixinə yazıb. O, bu titulu əldə etmiş ən yaşlı idmançıdır. 2013-cü ildə "Vuelta" yürüşünün qalibi olarkən K.Hornerin 42 yaşı olub.

Azərbaycana ölkəsinin "Airgas-Safeway Cycling" komandasının heyətində gələcək velosipedçi "Tour d’Azerbaïdjan"da iştirakını karyerasının yeni səhifəsi kimi dəyərləndirib: "20 illik karyeram ərzində dünyanın bir çox yerlərində olmuşam. Həmişə yeni bir ölkəyə getdikdə, yeni mədəniyyətlə tanış olduqda bundan böyük məmnunluq hissi keçirirəm. Odur ki, "Tour d’Azerbaïdjan-2015"də iştirakımı səbirsizliklə gözləyirəm".

AVİF-nin baş katibi Fərhad Əliyev Kris Hornerin "Tour d’Azerbaïdjan-2015" də iştirakını önəmli hadisə kimi dəyərləndirib və bunu yarışın artan nüfuzu kimi dəyərləndirib: "Belə bir idmançını Azərbaycanda görmək olduqca xoşdur və düşünürəm ki, bu amil həm velosipedsevərlərin, həm də mətbuatın böyük marağına səbəb olacaq. Digər tərəfdən, tanınmış velosipedçilərin Azərbaycan Turunda iştirakı yarışımızın dünyada artan nüfuzundan xəbər verir. Bu isə kifayət qədər qürurverici məqamdır".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
AVRO-2020: Azərbaycan yığması Uelsə məğlub olub
15.11.2019
UEFA nümayəndəsi azərbaycanlı tərcüməçini konfransdan çıxardı - VİDEO
15.11.2019
Bakı məktəblisi erməni idmançıya qalib gələrək qızıl medal qazanıb
12.11.2019
“Traktor” dünyada ən çox azarkeşə sahib futbol komandasıdır
07.11.2019
"Qarabağ" APOEL-ə uduzdu