Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6669

Digər sorğular

Azərbaycanda işsizlərin sayı açıqlandıSTATİSTİKA

15:32  |    17 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər

Bu ilin sentyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 4 milyon 970,7 min nəfər olub, onlardan 4 milyon 724,6 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib

Bu barədə Qaziler.az-a Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

Cari il avqustun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 521,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 888,8 min nəfər, qeyri-dövlət sektorunda isə 632,3 min nəfər təşkil edib.

İqtisadiyyatın neft sektorunda 34,6 min nəfər, qeyri-neft sektorunda isə 1 milyon 486,5 min nəfər çalışıb. Bu ilin yanvar-iyul aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 150,3 saat təşkil edib.

2016-cı il sentyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 34,4 min nəfər olub, onların 37,8%-ini qadınlar təşkil edib.

İşsizliyə görə müavinətin orta məbləği 241,8 manat olub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.01.2020
Ucarın kəndində qaz təminatında fasilə yaranıb
27.01.2020
Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədli maarifləndirici təlimlərə başlanıb
25.01.2020
Nazirlik: 40 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib
24.01.2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi üç rayonun sakinləri ilə görüşüb
24.01.2020
“Azəriqaz”ın rəhbərliyi üç rayonda qəbul keçirdi