Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7217

Digər sorğular

Türkiyəli azarkeşləri diri-diri yandıracaqmışlar - UKRAYNADA ŞOK HÜCUM

19:24  |    16 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər

Ukraynanın Odessa şəhərində xuliqanların hücumuna məruz qalan “Fənərbağça” futbol komandasının azarkeşləri ölümlə burun-buruna gəliblər.

Lent.az-ın amkspor.com-a istinadən məlumatına görə, azarkeşlərin yemək yediyi restorana üzləri maskalı 100 xuliqan daxil olub. Xuliqanlar bir azarkeşin üzərinə benzin töküb yandırmaq istəsə də, alışqan işə düşməyib və beləcə azarkeşlər diri-diri yanmaqdan xilas ola biliblər.

Bununla kifayətlənməyən maskalılar azarkeşlərdən birinin üzərinə məşəl atıblar, digərlərini isə odunla döyüblər.

Hadisədən xəbərdar olan UEFA rəsmiləri Ukrayna polisinə müraciət ediblər. Ancaq Ukrayna polisinin “bizim belə bir olaydan xəbərimiz yoxdur deməsi” təəccüb doğurub. Xuliqanlar arasında mülki polis və əsgərlərin də olduğu ehtimal edilir.

Qeyd edək ki, "Fənərbaxça" dünən "Zorya" klubu ilə 1-1 bərabərə qalıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.12.2020
Özbəkistanda “Neftçi”-“Turon” oyununda hakimlər döyüldü - VİDEO
29.11.2020
Qurban Qurbanov koronavirusa yoluxub
29.11.2020
"27 ildir bu günün həsrəti ilə yaşayırdıq" - Tahir Gözəl
26.11.2020
Maradona ilə vida mərasimi Prezident Sarayında olacaq
25.11.2020
Maradona vəfat edib