Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6513

Digər sorğular

UNEC-də differensial əmək haqqı sisteminin nəticələri açıqlanıb

15:39  |    16 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər

Sentyabrın 16-da İqtisad Universitetində (UNEC) differensial əmək haqqı sisteminin 2015/16-cı tədris ili üzrə nəticələri ictimaiyyət nümayəndələrinə açıqlanıb. QAZILER.AZ-ın məlumatına görə, UNEC-in rektoru, professor Ədalət Muradov differensial əmək haqqı sistemi barədə məlumat verərək bildirib ki, ABŞ, Avropa, Türkiyə və Rusiya universitetlərinin təcrübəsinə əsaslanan sistem UNEC-də ilk dəfə ötən tədris ilindən tətbiq olunur.


Sistemin tətbiqi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilir. Əmək haqlarına differensial əlavələrin edilməsində məqsəd pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında rəqabət mühitini gücləndirməkdir. Heyətin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların universitetdəki elm, tədris və özünüinkişaf fəaliyyət istiqamətləri üzrə həyata keçirilib. Mütəmadi olaraq, hər ay üzrə differensial əmək haqqı sistemi əsasında müəllim, kafedra və fakültələrin reytinq siyahısı universitetin rəsmi saytında yerləşdirilib.

UNEC-in rektoru qeyd edib ki, bu ildən başlayaraq hər tədris ilində - sentyabrın 1-dən iyunun 30-dək toplanan ballara əsasən, müəllimlərin əmək haqlarına əlavələr olunacaq. Əlavələr mövcud əmək haqqının 1,2 – 2 misli qədər nəzərdə tutulub: “ İlk onluğa daxil olan müəllimlərimizin maaşı 2 dəfə, 11-30-cu yerlərdə olan müəllimlərin maaşı 1,7 dəfə, 31-60-cı yerlərdə olan müəllimlərin maaşı 1,5 dəfə, sonuncu 61-100-cü yerləri bölüşən müəllimlərin maaşı isə 1,3 dəfə artırılacaq”.

Rektor bildirib ki, differensial əmək haqqı sistemində müəllimlərlə yanaşı, kafedra və fakültələrin də reytinqi müəyyən edilir.

İqtisad Universiteti yeni 2016/2017-ci il tədris ilində üç layihəyə start verəcək: “Birinci layihəmizin adı “Lider müəllim+Lider universitet” layihəsidir ki, bu layihə çərçivəsində müxtəlif nominasiyalarla 10 lider müəllimimiz seçiləcək. Bundan başqa, “Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” layihəsi əsasında isə fəaliyyətimiz haqqında tələbələrin fikirlərinə üstünlük veriləcək. Digər layihəyə əsasən isə, 2016/20117-ci il tədris ilində İqtisad Universiteti bütün valideynlərin üzünə açıq olacaq. Valideynlər övladlarının bütün dərslərində rahatlıqla iştirak edə biləcək, onların fikirlərini şəffaf şəkildə bölüşə bilmələri üçün şərait yaradılacaq”.

Tədbirdə sistemin işləmə mexanizmini UNEC-in professor-müəllim heyətinin Xidməti Fəaliyyətini Qiymətləndirmə üzrə Daimi Komissiyasının sədr müavini Elşən Bağırzadə təqdim edib. O bildirib ki, pedaqoji heyət il ərzində xidməti fəaliyyətin qiymətləndirilməsi məqsədilə bütün zəruri məlumatları xüsusi proqram təminatı vasitəsilə sistemə daxil edib. Məlumatlar professor-müəllim heyətinin Xidməti Fəaliyyətini Qiymətləndirmə üzrə Daimi Komissiyasının ekspertizasından keçib. Hər müəllim müəyyən bir kafedra və fakültəyə aid olduğundan, sistem onların illik xidməti fəaliyyət ballarına uyğun olaraq, UNEC üzrə kafedra və fakültələrin də reytinq siyahılarını hazırlayıb. Təqdimatdan sonra ictimaiyyət nümayəndələrinin sualları cavablandırılıb. Sonda online rejimdə differensial əmək haqqı sisteminin nəticələri açıqlanıb. Sistemdə statistik göstəricilər üzrə müəllimlərin ilk yüzlüyü, fakültə və kafedraların reytinq siyahısı yer alıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.10.2019
“İşsizin dostu” proqramına kimlər cəlb olunub?
10.10.2019
Nazirlik canlı yayımda ilk “Sosial saat”ı təqdim etdi
09.10.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi canlı yayıma başlayır
08.10.2019
Daha 1068 şəxsin ünvanlı sosial yardım almaq hüququ dayandırılıb - Saxtakarlıq faktı
07.10.2019
Nazirlik əlillərə 20 minə yaxın reabilitasiya vasitəsi verdi