Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7214

Digər sorğular

“Qəbələ“ davam gətirmədi

03:30  |    16 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər


Bu gün "Qəbələ" Avropa Liqasında cari mövsümün qrup mərhələsində ilk oyununa çıxıb.

Qaziler.az bildirir ki, "Report"un məlumatına görə, Roman Qriqorçukun komandası Belçikada yerli "Anderlext"in qonağı olub.
"Qırmızı-qaralar" ötən mövsümdən fərqli bu dəfə qrupda mübarizəyə məğlubiyyətlə başlayıb. Belçikalılar oyunda erkən qolla hesabı açsalar da, tezliklə fransalı hücumçumuz Baqali Dabo tarazlığı bərpa edib. Ancaq fasiləyə az qalmış "Qəbələ"nin braziliyalı müdafiəçisi Rafael Santosun avtoqolu matçın taleyini demək olar, həll edib.
İkinci hissədə daha bir qol vuran "Anderlext" yenicə meydana çıxan tanınmış legioneri Dieqo Kapelin fərqlənməsi sayəsində 3:1 hesablı qələbəsini rəsmiləşdirib.
Xatırladaq ki, "Qəbələ" qrupda debüt etdiyi ötən il mübarizəyə Bakıda Yunanıstan PAOK-u ilə qolsuz heç-heçə ilə başlamışdı. Roman Qriqorçukun komandası ikinci turda sentyabrın 29-da Almaniyanın "Maynts" klubunu qəbul edəcək.
Avropa Liqası
I tur
15 sentyabr
21:00. "Anderlext" (Belçika) - "Qəbələ" (Azərbaycan) - 3:1
Qollar: Lukaş Teodorşuk, 14, Rafael Santos, 43-öz qapısına, Dieqo Kapel, 77 - Baqali Dabo, 20
Baş hakim: Harald Laxter
Yan xətt hakimləri: Maksimilan Kolbits, Andreas Neydenreys
Əlavə hakim-köməkçiləri: Markus Hameter, Aleksander Harkam
Dördüncü hakim: Andreas Staudinger (hamısı Avstriya)
Hakim-inspektor Lusiano Luçi (İtaliya)
UEFA nümayəndəsi Emil Ubias (Çexiya)
Brüssel. "Konstant van den Stok" stadionu
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.11.2020
Qurban Qurbanov koronavirusa yoluxub
29.11.2020
"27 ildir bu günün həsrəti ilə yaşayırdıq" - Tahir Gözəl
26.11.2020
Maradona ilə vida mərasimi Prezident Sarayında olacaq
25.11.2020
Maradona vəfat edib
23.11.2020
Teymur Rəcəbov Levon Aronyana qalib gəlib