Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Yol polisindən sürücülərə MÜRACİƏT

20:46  |    15 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər

Yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxtda nəqliyyat vasitələri ilə yanaşı, piyadaların da hərəkətində intensivlik xeyli dərəcədə artıb.

Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bunu nəzərə alaraq, DİN Baş DYP İdarəsi hərəkət iştirakçılarını, xüsusilə də piyadaları küçə və yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə və öz nümunəvi davranışları ilə uşaqlara, yeniyetmələrə müraciət edərək onlara nümunə olmağa çağırır.

Müraciətdə qeyd olunur ki, hər il paytaxtın avtomobil yollarında baş verən yol-nəqliyyat hadisələrinin çoxu, təxminən 55%-i piyadaların vurulması ilə bağlı olur və bu qəzaların əksəriyyəti məhz piyadaların onlar üçün müəyyən olunmayan yerlərdən keçmələri səbəbindən baş verir: "Baxmayaraq ki, təkcə paytaxt ərazisində 40-dan çox yeraltı-yerüstü, bir o qədər nizamlanan və yüzlərlə nizamlanmayan piyada keçidləri mövcuddur, yenə də piyadalarımız kütləvi şəkildə bu qaydaları pozur, nəticədə əziyyət çəkən, xəsarət alan və bəzən dünyasını dəyişənlər də məhz piyadaların özləri olurlar. Bəziləri yol polisini sürücülərlə müqayisədə piyadalara qarşı zəif mübarizə aparmaqda günahlandırırlar. Amma il ərzində 140 minədək piyadanın məsuliyyətə cəlb edilməsi faktı bu fikirlərin tam əksini sübut edir və unutmaq lazım deyil ki, sürücülərin yol verdikləri qayda pozuntularının 60-70 faizi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır. Aparılan təhlillər, ictimai qurumlar, qeyri hökumət təşkilatları ilə birgə keçirilən sorğular da göstərir ki, qayda pozan hərəkət iştirakçıları arasında müxtəlif yaş həddində olan insanlar var və onların böyük əksəriyyətinin bu hərəkətlə bağlı gətirdikləri arqument ya tələsməkdir, yaxud diqqət yetirməmək. Narahatedici hallardan biri də odur ki, belə piyadaların əksəriyyətinin yanında azyaşlı uşaqlar olur. Bu isə uşaqlarda kiçik vaxtlarından yol qaydalarına biganəlik kimi xoşagəlməz vərdişlərin formalaşmasına səbəb olur. Hörmətli hərəkət iştirakçıları, bir daha yaşından, həyatda tutduğu mövqedən asılı olmayaraq hər bir kəsi yol hərəkəti qaydalarına ciddi riayət etməyə dəvət edir, bu qaydaların insan həyatının qorunması üçün nə qədər vacib və əhəmiyyətli olmasına diqqət yetirməyə çağırır və xahiş edirik ki, özünüzün, doğmalarınızın həyatının qorunması üçün bu çağırışımıza düşünülmüş şəkildə yanaşasınız”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq