Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Tələbə olmaq ucuz mənzil tapmaqdan daha asandır

18:58  |    15 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər

Adətən yay mövsümündə kiraye mənzil bazarı ağır günlərini yaşayır. Əsas tərəfdaşları tələbələr olan bu bazar yenidən canlanma dövrünə qədər qoyub. Müşahidələr göstərir ki, sentyabr ayından etibarən qiymətlər kəllə-çarxa çıxır. Maklerlər də deyir ki, kirayə ev tutuanlar elə iyun-avqust aylarında əl-ayağa düşməlidir. Hələ bu ilin iyun ayında daşınmaz əmlakla bağlı elan saytları kirayə mənzillərin qiymətinin 50%-ə qədər ucuzlaşdığını bildirmişdi. Hətta Bakının mərkəzi hissələrində kirayə mənzillər daha çox ucuzlaşmışdı. Belə ki, “28 May”da 350 manatlıq evlər 220 manata, Yasamal, Gənclik, Elmlər metrosu və Nərimonov rayonu ərazilərində isə əvvəl 500 manata kirayə verilən 2 otaqlı mənzillər 280 manata düşmüşdü.

Qıza hə, oğlana yox!

"Neftçilər" metrostansiyasının yaxınlığındakı gəzinti parkında fəaliyyət göstərən kirayə ev bazarında insan əlindən iynə atsan, yerə düşməz. Kişili-qadınlı, makler və ya ev sahibləri burada kirayəçi axtarırlar. Bazara girən kimi hamı qabağına qaçaraq sənə şəhərin müxtəlif yerlərində, müxtəlif qiymətlərə evlər təklif edirlər.
Ramin İsgəndərov bir neçə ildir ki, burada maklerlik edir. Dediyinə görə, qazancı pis olmur. "Aya 500-600 manat qazana bilirəm. Evlərimiz ancaq tələbələr üçün və ya Bakıya işləməyə gələnlər üçündür. Bazarda canlanma məktəblər açılana yaxın daha çox hiss olunur".
Onun sözlərinə görə, bu il kirayə evlərin qiymətində o qədər də böyük artım müşahidə edilmir: "Qiymətlər keçənilki kimidir. Məsələn, "Qarayev", "Xalqlar dostluğu" metrosu ərazisində 150-300 manata ikiotaqlı evlər tapmaq mümkündür. Həyət evləri bina evlərinə nisbətən daha ucuzdur".
Ev sahibləri çox zaman kirayənişin kimi tələbə qızlar axtarırlar. Bunu isə tələbə qızların evi səliqəli saxlamaları ilə əlaqələndirirlər. Tələbə oğlanlar üçün ev tapmaq bir qədər qəliz məsələdir. Hər adam inanıb, evini tələbə oğlana vermir. Tələbə oğlanların Bakıda kirayə ev tapması üçün mütləq valideyni gəlib ev sahibi ilə danışmalıdır.
Gəncə şəhər sakini Nigar Kazımova da BDU-ya qəbul olan qızına kirayə ev tapmaq üçün bura üz tutub. Nisbətən ucuz ev axtaran N.Kazımovaya maklerdən biri Bakının qəsəbələrində ev təklif etsə də, o, buna razılaşmır. "Qız uşağıdır, uzaq yolu gedib-gəlməyi var".
Masazırda fəaliyyət göstərən "ev alqı-satqı" ofisinin meneceri Eltun Əhmədovun sözlərinə görə, Mazasır və qonşu kəndlərdə hər cür evlər tapmaq mümkündür. "Amma bir məsələ var ki, bu ərazilərdə yollarda tıxac çox olur. Bu da tələbələr üçün sərfəli deyil. Bu ərazilərdə əsasən ailələr qalır. Tələbələr daha çox ali məktəblərin ətrafında olan evlərə üstünlük verdiyindən, bu ərazilərdə evlərin qiyməti stabil qalır".
Daşınmaz əmlak üzrə ekpert Pərviz Həşimovun sözlərinə görə, bu il ölkədə evlərin satışında və ya kirayəsində qiymət artımı o qədər də çox olmayıb. "Bu il başlayandan böhran, devalvasiya evlərin qiymətlərinə təsir etdi. Amma bu təsir uzun davam etmədi. Ev bazarında müəyyən mənada ucuzlaşma hiss edilir. Kirayə evlərin qiymətlərində elə də böyük artım yoxdur. Bu artım çox cüzidir. O da tədris ilinin başlaması ilə əlaqədardır. Müəyyən dövrdən sonra yenidən qiymətlər əvvəlki vəziyyətinə qayıdacaq".
Tələbələr daha çox həyət evlərinə üstünlük verirlər
Həyət evi tələbə üçün əslində daha effektlidir. Çünki sakit şəraitdə yaşamaq müəyyən ev tapşırıqlarını yerinə yetirməkdə ona kömək olur. Lakin Bakıda əksər həyət evlərinin şəhərdən kənarda yerləməsi də başqa bir problemdir. Nisbətən ucuz başa gələn kirayə həyət evlərində yaşamağa önəm verən tələbələrin gətirdiyi digər motiv isə yol uzaq olsa da, əsas odur həyət evlərindəki qiymətlər şəhər qiymətlərindən 2 dəfə ucuz başa gəlir.
Ağsu rayonundan olan Bakı Dövlət Universitetinin III kurs tələbəsi Məmməd Abdullayev ali məktəbə oxumağa gələndən Binəqədi rayonunda kirayədə yaşayır. Məmmədin sözlərinə görə, balaca bir otaqda dörd nəfər tələbə yoldaşı ilə qalır: “Şəhərin kirayə mənzil verilən ən ucuz yeri oradır. Qaldığımız otağın sahəsi təxminən 12 kvadrat metrdir, 160 manat kirayə pulu veririk. Bizim evin sahibi əslən öz rayonumuzdandır, başqalarına baxanda yenə insaflıdır. Bakı Dövlət Universitetinə, ya da Texniki Universitetə yaxın ərazilərdə kirayə mənzillər çox bahadır – 400-450 manat. Ancaq ən imkanlı valideynləri olan tələbə belə qiymətə kirayədə yaşaya bilər”.
Neft Akademiyasının tələbəsi Leyli Nəsirova da kirayədə qalır. Həmsöhbətimizin sözlərinə görə, bəzi yataqxanalarda təkcə qaçqın-köçkünlər deyil, kənar şəxslər də yaşayır: “Yataqxanaların komendantları əlaltdan bəzi otaqları rayonlardan Bakıya işləməyə gələn fəhlələrə kirayəyə veriblər. Özlərini də öyrədiblər ki, soruşan olsa, desinlər guya köçkündürlər”.

Kirayəçilərin əcnəbi taktikası

“Ölkəyə gələn əcnəbiləin pulu çoxdur, deməli, onlara daha yüksək qiymətlər təklif etməliyik”. Təəssüf ki, bu tendessiya kirayə bazarında da özünü göstərməkdir. Bakıda təhsil alan cənəbi tələbələrlə söhbətimiz zamanı onlar da əcnəbi olduqları üçün sahibkarların bilərəkdən daha baha qiymətə evlər təklif etdiklərini deyirlər. Xaricilər bunu ayrı-seçkilik kimi qiymətləndirirlər. “Başqa ölkədən gəldiyimiz üçün çox pul alırlar. Bizi imkanlı zənn edirlər. Azərbaycanlı tələbələrdən fərqimiz nədir? Biz də onlar kimiyik”. Bunu BDU-nun 2-ci kurs tələbəsi Aydın deyir. Aydın Türkiyədəndir. O, Yasamal rayonunda iki əcnəbi tələbə ilə birgə kirayə mənzil tutub. Ayda ümumilikdə 500 manat ödəyirlər - kommunal xərclərlə birgə. Mehmet adlı digər tələbə deyir ki, Xəzər Universitetinin 3-cü kurs tələbəsidir. O, Nigeriyadan olan tələbə yoldaşı ilə ayda ümumilikdə 400 dollar kirayə haqqı verirlər. Onlar əcnəbi tələbələr üçün kirayə mənzillərin daha baha qiymətə verildiyini deyirlər.
Əmlak Ekspert Mərkəzinin sədri Ramil Osmanlının dediyinə görə, iyulun əvvəlindən avqustun sonlarına, bəzən sentyabrın ortalarınadək kirayə bazarında qiymətlər yüksək olur. Bahalığın bir səbəbi də yataqxanalarda yer tapmayan tələbələrin sayca çoxluğudur. Bu il satlıq ev qiymətlərinin yüksəlməsi də kirayə qiymətlərini artırıb: “Bu da bazar üçün xarakterikdir. Mənzillərin qiyməti bahalaşanda kirayə qiymətləri də ona uyğun artır. Kirayə qiymətlərində ikitərəfli artıma yol açılır. Ötən ilin eyni dövrü ilə müqayisədə kirayə qiymətlərində 20 faizdən çox artım var. Bu gün bazarda ortatəmirli, tam kommunal şəraitli, təchizatlı birotaqlı mənzillərin minimal kirayə qiyməti 250 manatdan başlayır. Fərdi yaşayış evlərində qiymətlər nisbətən ucuz olsa da, belə evlər ya şəhər mərkəzindən uzaqdadır, ya da lap ucqarlarda”.

Sözügedən mərkəzin araşdırmalarına görə, Bakının mərkəzində kirayə ev istəyən gərək azı 1000 manatı gözdən çıxarsın. Orta qiymət 1146 manatdır. Ən ucuz qiymət Sabunçu, Suraxanı, Xəzər və Qaradağ rayonlarında təklif edilir – ortalama 274 manat. Şəhər mərkəzinə daha yaxın 2-ci və 3-cü ərazilərdə orta qiymət təxminən 740 manatdır.

Rüfət Soltan

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq