Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Cavid Qurbanov Litva səfiri ilə “Viking train”i müzakirə etdi

18:57  |    15 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər

Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas ilə görüş keçirilib.

QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun virtualaz.orga- verdiyi məlumata görə, qurumun sədri Cavid Qurbanov görüşdə reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında danışıb. Görüşdə Litva və Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin, “Vikinq train” layihəsinin gələcək perspektivləri müzakirə olunub. V. Lastauskas QSC-də həyata keçirilən genişmiqyaslı islahatları yüksək qiymətləndirib. İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.


Qeyd edək ki, “Viking train” layihəsi 3 ölkə - Litva, Belarus və Ukraynanı əhatə etməklə yüklərin Baltik dənizi hövzəsindən Qara dəniz hövzəsinə daşınmasını əhatə edir. Azərbaycanın bu layihədə iştirakı daha geniş perspektivlər vəd edir. “Viking train” layihəsi Xəzər dənizi hövzəsinə çıxış əldə etməklə, bundan sonra həm Şərq istiqamətində (Orta Asiya və Çin) həm də Cənub istiqamətində (İran körfəzi və Hindistan) və əks istiqamətdə yüklərin daşınmasına imkan yaradacaq. Şimali Avropa (Baltikyanı, Skandinaviya və s.) dövlətlərinin İran, Pakistan, Hindistan və Ərəb ölkələri ilə ticarət dövriyyəsi kifayət qədər yüksək olduğundan Azərbaycan tranzit ölkə kimi bundan bəhrələnəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq