Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

“Elmlər Akademiyası“nın əsas vestibülü istifadəyə verildi

17:51  |    15 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər

Metronun "Elmlər Akademiyası" stansiyasının əsas vestibülü beş aylıq təmir və yenidənqurma işlərindən sonra sərnişinlərin istifadəsinə verilib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, yenidənqurma işləri zamanı stansiyanın özəlliyi, eksteryer və interyerinin ilkin layihə görkəmi saxlanılıb, stansiya müasir standartlar səviyyəsinə çatdırılıb.


2016-cı il aprel ayının 15-də başlanan təmir işləri dövründə stansiyanın istismar müddəti başa çatmış ET tipli 3 eskalatoru Almaniyanın "Thyssen Krupp" şirkətinin istehsalı olan və dərin özüllü stansiyalar üçün nəzərdə tutulan "Viktoriya" tipli yeni, müasir, daha qənaətcil və səmərəli analoqları ilə əvəzlənib.

Eskalatorların yeniləndiyi müddətdə stansiyanın əsas giriş-çıxışı bağlandığı üçün vestibüldə, stansiya üzərində yerləşən binada və yaxınlıqdakı ərazidə də müvafiq təmir-tikinti, yeniləşmə və bərpa işləri aparılıb.

Bu işlər yerinə yetirilərkən stansiyanın özəlliyi qorunmaqla yeniliklər də edilib. Bu mənada, stansiyada quraşdırılmış sarı zolaq diqqəti çəkir. Metropolitendə ilk dəfə relyefli səthə malik tametdən yaradılmış bu zolaq görmə qabiliyyəti məhdud olan sərnişinlərin səmti müəyyənləşdirməsi üçün nəzərdə tutulub.
Metropolitendə ilk dəfə vestibüldə də yeni tipli ventilyasiya sistemi tətbiq edilib və metropolitenin ən giriş-çıxışlı stansiyalarından birinin mikroiqlim şəraitinin yaxşılaşdırılmasına xidmət göstərir. Havalandırma sisteminə eskalatorların maşın zalı da qoşulub. Vestibülün girəcəyində temperatur rejiminin nizamlanması məqsədilə «hava pərdələri» quraşdırılıb.

Kassa və eskalator zallarında döşəməaltı isitmə sistemi tətbiq edilib və bu, xidmət heyətinin qış aylarında əmək şəraitini nəzərəçarpacaq dərəcədə yaxşılaşdıracaq.
Bütün yeniliklərlə yanaşı stansiyanın memarlıq üslubu tam qorunaraq, kassa zalından eskalator zalına keçid tağının divarlarındakı gips ornamentlər mərmər analoqu ilə əvəzlənib. Kassa zalının sütunlarının tavanla qovuşan ornamenti, həmçinin stansiya pəncərələrinin milli memarlıq üslubunda işlənmiş şəbəkəsi və yararlı detalları tam qorunmaqla bərpa işləri aparılıb.

Kassa zalında işıqlandırma sistemi yenidən qurularaq, müasir büllur çilçıraq asılıb. Həmçinin stansiyanın girişində, eskalator zalında, eskalatorların ballüstradalarının üstündə LED tipli lampalar quraşdırılıb.

Təmir və yenidənqurma işləri başa çatdıqdan sonra stansiyanın yaxınlığında yerləşən ərazidə abadlıq işləri görülüb. Çıxış tərəfdə piyada yolunu küçənin hərəkət hissəsindən ayıran sahədə yaşıl zolaq salınıb, ətrafa asfalt döşənib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq