Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6561

Digər sorğular

Səhiyyəmizin ağ xalatsız tibb işçiləri - ÜZDƏNİRAQ “YENİLİK“ - FOTO

03:18  |    15 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər


Azərbaycan səhiyyəsinə xidmət edən bir çox tibb isçilərinin məsuliyyətsizliyindən çox yazılıb, çox deyilib.

Onların xəstələrə göstərdikləri üzdəniraq "xoş rəftar"dan isə danışmağa dəyməz.

Qaziler.az-a ünvanlanan oxucu məktubunda səhiyyəmizdə olan başqa neqativ hala toxunulub. Onun övladının 5 yaşı olduğundan məktəbə hazırlıq üçün təhsil müəssisəsinə tibbi sənəd təqdim etməliymiş. Bununçün də uşağın qeydiyyatda olduğu 26 saylı şəhər xəstəxanasının nəzdində olan 26 saylı Şağan tibb məntəqəsinə müraciət edib. Sahə həkiminin ona cavabı maraqlı olub: "Uşağı gətir görüm hansı peyvəndləri qalıb".

Deməli, əgər uşağa sənəd lazım olmasaydı onun vərəmə qarşı vurulmalı olan peyvəndi də sahə həkiminin yadına düşməyəcəkdi. Halbuki, o, bununla bağlı valideyni özü məlumatlandırmalı idi.

Oxucu məntəqədə rastlaşdığı başqa bir məsələyə də diqqəti yönəldib. Məntəqədə olan həkim və tibb bacılarının heç birinin əynində ağ xalat olmayıb. (Onun məntəqəyə getdiyi bir neçə gün ərzində bu vəziyyət olduğu kimi qalıb, hətta onlara irad tutulsa da tibb personalı buna əhəmiyyət verməyib - red.) Baxmayaraq ki, onlar körpə uşaqlara peyvənd vururlar və bu zaman infeksiya təhlükəsi çox böyük olur. Ağ xalat geyinmək istəməyən tibb işçilərinin əlində tibbi əlcəyin olmaması da təəccüb doğurmur.

Şəhər mərkəzindən uzaq olan qəsəbədə olsa belə, özbaşınalıq hallarının qarşısını almaq əlaqədar təşkilatların birbaşa borcudur. Hələ söhbət bu ölkənin gələcəyi olan körpələrdən gedirsə məsuliyyətsizliyə göz yummaq ən azı ölkənin gələcəyinə etinasız yanaşmaqdır.






Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.11.2019
İnsult riskini müəyyən etmək üçün ƏN SADƏ TEST - VİDEO
13.11.2019
Dəfnə ilə müalicə - Bu xəstəliklərdə şəfadır - VİDEO
12.11.2019
Mədənin dostu - Kələm şirəsi
05.11.2019
Kartof “qulların qidası” olub, onu yeyən insan kütləşir – Beyini və immuniteti bloklayan tərəvəzin fəsadı
02.11.2019
Gizli infarkt necə olur– Niyə onu hiss etmirik?