Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

UNEC-də “Oriyentasiya Günü” keçirilib

22:00  |    14 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər

Sentyabrın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Oriyentasiya Günü” keçirilib.

UNEC-in mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, dünya universitetlərində ənənəvi təşkil olunan “Oriyentasiya Günü”nün məqsədi I kurs tələbələrini universitet həyatı ilə tanış etmək və əyləncəli, pozitiv gün yaşatmaqdır.


Universitetin bütün tədris binalarında keçirilən “Oriyentasiya Günü”ndə I kurs tələbələrinə UNEC-in tarixi barədə məlumat verilib. Tədris prosesi, Elektron Universitet Modeli, ikili diplom proqramları və təqaüd imkanlarından söz açılıb, məlumat vərəqələri paylanıb. UNEC könüllülərindən ibarət məlumat və bələdçi xidməti tələbələri maraqlandıran suallara cavab verib, onlar üçün universitet ərazisində infoturlar təşkil edib.

Tələbələr Elektron Universitet Modeli, Maliyyə laboratoriyası və İnnovativ Biznes İnkubatoru maraqla qarşılayıblar. Onlara asudə vaxtın təşkili ilə bağlı da məlumat verilib. Bildirilib ki, xüsusi istedadı ilə seçilən tələbələr Yaradıcılıq Mərkəzinə üzv ola, Radio UNEC-də layihələrini reallaşdıra bilərlər.

Bundan başqa, tələbələr idman zalları, yeməkxana və poliklinika ilə də tanış olublar.

“Oriyentasiya Günü”ndə UNEC tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş etdirilib. Yaradıcılıq Mərkəzinin üzvləri musiqi nömrələri və rəqslərlə çıxış ediblər. I kurs tələbələri üçün universitetdə ilk gün stolüstü tennis və “ip çəkmə” oyunları ilə davam edib.

Qeyd edək ki, 2016/17-ci tədris ilində UNEC-ə yüksək bal toplayaraq qəbul olan tələbələrin sayı artıb. Belə ki, bu il 291 tələbə 600-dən yüksək bal toplayıb. II qrup üzrə ən yaxşı nəticə göstərərək 700 bal toplayan iki abituriyentdən biri, Şahbaba Məmmədov UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbini seçib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq