Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Qurban əti soyuducuda bu cür saxlanmalıdır – DÜZGÜN QAYDALAR

13:57  |    12 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər

Bu gün müsəlman ölkələrində Qurban bayramı qeyd olunur. Qırmızı ətin daha çox yeyildiyi bu bayramda sağlamlıq problemləri yaşamamaq üçün ətin bişirilməsi, yeyilməsi və saxlanması mövzusunda məlumatlı olmaq lazımdır. Aile.lent.az bununla bağlı mütəxəssis məsləhətlərini təqdim edir.

Qurban ətini 1 gün saxlamaq həzmi asanlaşdırır

Qurban ətinin kəsildiyi gün yeyilməsi doğru deyil. Ət kəsildiyi gün bərk olur. Bu isə çətin həzm edilməsinə səbəb ola bilər. Bunun üçün qurban əti soyuducuda bir gün saxlanmalıdır.

Unutmayın ki, daxili orqanlar daha çox yağ ehtiva edir. Ət kəsildiyi an yağı üzərində çox olduğundan daxili orqanlarda ürik turşunun yüksəklməsinə yol açır, bağırsaq və böyrək xəstəliyinə gətirib çıxarır.

Ət az odda öz yağı və suyunda bişməlidir

Qurban ətini bişirərkən hər hansı yağ əlavə edilməməlidir. Ətin içindəki doymuş yağ turşuları onsuz da ətin bişməsi üçün kifayət edir. Heyvanın öz daxili yağlarının da əlavə edilməsinə ehtiyac yoxdur. Ət bişirərəkən diqqət ediləcək əsas məqam az odda və öz suyunda bişirməkdir. Bu cür bişirsəniz, ətin qida və vitamin dəyərlərində itki olmaz və tez hazır olar. Ətin çox bişirilməsi tərkibindəki vitaminlərin öz dəyərini qısa müddətdə itirməsinə gətirib çıxarar. Qurban ətinin qril, soba və ya qaynatma üsullarıyla bişirilməsi ən sağlam yoldur. Qızartma və ya qovurma kimi bişirmə üsullarını seçməyin.

Əti tərəvəzlə bişirməklə vitamin nisbətini artırın

Qurban əti tərəvəzlər və ya quru paxlalılarla ət yeməyi kimi və ya yanında salatla birlikdə yeyilə bilər. Qırmızı ət C və E vitamini ehtiva etmədiyi üçün soğan, pomidor, bibər, sarımsaq, cəfəri, balqabaq kimi tərəvəzlərlə daha vitaminli hala gətirilə bilər. Ət yeməklərinə müxtəlif tərəvəzlərin qatılması dəmirin sorulmasını da artıracaq. Gün ərzində və ət yeməklərindən əvvəl su içmək, yeməyin yanında bol salat yemək bayram müddətində yavaşlayan maddələr mübadiləsinin sürətlənməsinə kömək olar. Bir boşqab pay böyüklüyündə ət yeməyinin yanında 4-5 yemək qaşığı zeytun yağlı yemək də yeyilə bilər. Et yeməklərinin yanında istəyə bağlı olaraq, 4-5 qaşıq yarma plovu və ya 1-2 dilim tam taxıllı çörək yeyə bilərsiniz.

Qurban ətini qıyma və ya kiçik parçalar halında saxlamaq

Qurban ətini kiçik parçalar və ya qıyma şəklində saxlasanız, vitamin itkisi daha az yaşanar. Qurban əti yağlı kağız və ya soyuducu paketlərində soyuducuda ən çox 3-4 gün, buzluqda isə -18 dərəcədə, ən çox 3-4 ay müddətdə saxlanmalıdır. Dondurulan ətlər əsla otaq istiliyində açılmamalıdır. Ətlər bir gün əvvəldən və ya axşam istifadə ediləcəksə, tezdən buzluqdan çıxarılmalı və soyuducunun alt qatına qoyulmalıdır. Yox, əgər buzunun tez açılmasını istıyirsinizsə, mikrodalğalı sobadan istifadə edə bilərsiniz. Açılan ətlər yenidən dondurulmamalıdır. Qida zəhərlənmələrinin ən əhəmiyyətli səbəbi təkrar dondurulan ətlərdir.

Gündəlik ət yeməyi məhdudlaşdırın


Onu da qeyd edək ki, ümumiyyətlə, qırmızı ətin çox miqdarda yeyilməsi sağlamlığa mənfi təsir edə bilər. Buna görə də qırmızı ət yemək insanın sağlamlıq vəziyyəti və yaşına görə məhdudlaşdırılmalıdır. Qırmızı ət xolesterolla zəngindir, kalorisi yüksəkdir. Bu baxımdan ürək və təzyiq xəstələri ət yeməklərinə diqqət etməlidirlər. Xroniki xəstəliyi olan insanlar gündə yalnız bir pay qırmızı ət yeyə bilər. Ətin gündəlik yeyilmə miqdarının 100-150 qramı keçməməsi məsləhətdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq