Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6895

Digər sorğular

Bu gün Azərbaycan Premyer Liqasının IV turuna yekun vurulacaq

14:57  |    11 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər


Bu gün Azərbaycan Premyer Liqasının IV turuna yekun vurulacaq.

Qaziler.az bildirir ki, "Report"un məlumatına görə, turun son oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk oyunu Gəncədə olacaq. "Kəpəz" "Zirə"ni qəbul edəcək. Komandalar bugünədək 4 dəfə üz-üzə gəlib. Bu görüşlərin biri gəncəlilərin xeyrinə başa çatıb. 3 oyunda isə heç-heçə qayıdıb. Zirə təmsilçisinin aktivində isə qələbə yoxdur. "Kəpəz" Adil Şükürovun rəhbərlik etdiyi komanda ilə hər oyunda qol vurub. Meydan sahibi komanda qolsuz və xalsız qalmayıb. Hər oyunda ən azı 2 qol vurulub. "Kəpəz" 3 turdan sonra 2 xalla 7-ci, "Zirə" isə 6 xalla 3-cü pillədədir.
Turun son oyununda isə "Sumqayıt" və "İnter" komandaları üz-üzə gələcək. Komandalar ölkə çempionatlarında 16 oyun keçirib. Üstünlük "bankirlər"in tərəfindədir. "İnter" 9, "Sumqayıt" isə 2 dəfə meydanı qələbə ilə tərk edib. 5 oyunda bərabərlik qeydə alınıb. Son 4 oyunda meydan sahibi komanda qalib gəlməyib. “İnter” 5 oyundur meydanı qolsuz tərk etmir. Paytaxt təmsilçisi isə son 3 səfərin hərəsində 1 qol vurub. "Sumqayıt" 3 xalla 5-ci, "İnter" isə 5 xalla 4-cü pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası, IV tur
11 sentyabr
16:00. “Kəpəz” – “Zirə”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Coşqun Həsənov, Rövşən Rəcəbov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Vüsal Əliyev
Gəncə şəhər stadionu
20:30. “Sumqayıt” – “İnter”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Xaqani Məmmədov
“Kapital Bank Arena”
Qeyd edək ki, turun digər oyunlarında "Qarabağ" AZAL-ı 6:0, "Qəbələ" isə "Neftçi"ni 8:0 hesabı ilə məğlub edib
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Operativ Qərargah idman zallarının açılmamasına aydınlıq gətirib
29.05.2020
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi, amma...
27.05.2020
Ukrayna çempionu intihar etdi
26.05.2020
Həbib Nurməhəmmədov koronavirus testindən imtina etdi
22.05.2020
Kamil Zeynallı azadlığa çıxdı