Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6895

Digər sorğular

Rio-de-Janeyroda XV Yay Paralimpiya oyunları başlayıb - YENİLƏNİB

13:09  |    08 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər

Sentyabrın 8-də Braziliyanın Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda XV Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, Braziliyanın dövlət himninin səsləndirilməsindən sonra yığma komandaların təntənəli keçidi olub.


Açılış mərasimində Azərbaycan bayrağını ikiqat Paralimpiya çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi İlham Zəkiyev aparıb.

XV Yay Paralimpiya Oyunlarında idmanın 22 növü üzrə 528 dəst medal uğrunda yarışlar keçiriləcək. Paralimpiadada ümumilikdə 4350 idmançı medallar uğrunda mübarizə aparacaq.

Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 24 idmançı ilə təmsil olunur. İdmançılarımız cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma yarışlarında mübarizə aparacaqlar.

***

Braziliyanın Rio-de-Janeyro şəhərində XV Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilir.

APA-nın məlumatına görə, mərasim “Marakana” stadionunda təşkil olunub.

Sentyabrın 18-dək davam edəcək Rio de Janeyro Olimpiadasında 160 ölkəni təmsil edən 4 300-dən çox idmançı 22 növ üzrə 528 dəst medal uğrunda mübarizə aparacaq.

Açılış mərasimində Azərbaycan bayrağını ikiqat Paralimpiya çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi İlham Zəkiyev aparacaq. Azərbaycanı Olimpiadada 24 nəfərlə təmsil olunacaq. İdmançılarımız cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə yarışlarda iştirak edəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Operativ Qərargah idman zallarının açılmamasına aydınlıq gətirib
29.05.2020
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi, amma...
27.05.2020
Ukrayna çempionu intihar etdi
26.05.2020
Həbib Nurməhəmmədov koronavirus testindən imtina etdi
22.05.2020
Kamil Zeynallı azadlığa çıxdı