Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6514

Digər sorğular

Maksim Medvedev: “Yaxşı ki, uduzmadıq“

03:23  |    03 Aprel 2015  |   E-mail  |  Çapa göndər

"Bu gün "Qarabağ" üçün gərgin oyun oldu. Çünki ikinci pillədə olan "İnter" bizim vacib rəqibimiz idi. Çox futbolçu milli komandadan qayıtdığı üçün tam hazır deyildi".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Maksim Medvedev Azərbaycan Premyer Liqasının 27-ci turunda "İnter"lə qolsuz bərabərə qaldıqları oyundan sonra jurnalistlərə deyib.
M.Medvedev heç-heçənin onlar üçün yaxşı nəticə olduğunu söyləyib:
"Çox istərdik ki, üç xal qazanaq. Təəssüf ki, bunu bacarmadıq. Ancaq yaxşı ki, uduzmadıq".
O bildirib ki, "İnter"lə qarşı matçı özlərinə tanış olmayan meydançada - "Bakcell Arena"da oynadıqları üçün bir qədər çətinlik çəkiblər:
"Respublika stadionu ilə müqayidə "Bakcell Arena"da ot çox olduğu üçün topla istəyimiz kimi oynaya bilmədik. Bu stadionda oynamağa öyrəşmək üçün bəzən burada məşq eməliyik. "Bakcell Arena" azarkeşlərin futbolçulara söylədiyi sözləri eşitmək olur. Onların bəzi sözləri oyunçulara təsir edir. Ona görə də meydançada rahat oynaya bilmirik".
M. Medvedvin sözlərinə görə, millilərdən qayıtdan sonra birgə məşq edə bilməyiblər:
"Növbəti oyuna kimi baş məşqçimiz Qurban Qurbanov komandanı bir yerə yığacaq. Məşqlər edib yaxşı nəticə əldə edəcəyik".
M.Medvedev komanda yoldaşı Reynaldonun meydanda olmamasından da danışıb:
"Reynaldo oyunu öz üzərinə götürə biləcək futbolçudur. Bu matçda hücumda anlaşılmazlıqlar var idi. Növbəti matçda Reynaldo bizimlə olacaq və komandaya kömək edəcək".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.10.2019
Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar
14.10.2019
Aprel şəhidlərinin övladları "Qarabağ"ın düşərgəsində - VİDEO
08.10.2019
Sosial mediada haqqında erməninin yalan yaydığı türk idmançı: Ermənistanda döyüşəkmi, Abrahamyan?
07.10.2019
Erməni döyüşçü rinqdə türk idmançını boğub öldürmək istədi - VİDEO
06.10.2019
Həbib Ronaldo ilə dostluğundan danışdı: Messi olmasa...