Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6896

Digər sorğular

Türkiyə sərhədlərində İŞİD terror təşkilatının nəzarətindəki son yaşayış məntəqələr azad edilib

01:00  |    05 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər


Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində bu gün Türkiyə sərhədlərində İŞİD terror təşkilatının nəzarətinə tamamilə son qoyulub.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə ordusunun dəstəyi ilə bu gün müxalif Azad Suriya Ordusu Türkiyə-Suriya sərhədində, Cerablus-Çobanbəy xəttində son yaşayış məntəqələrini də azad edib.

Bununla da İŞİD terror təşkilatının Türkiyə sərhədləri ilə təması kəsilib.

Qeyd edək ki, Türkiyə ordusu “Fərat qalxanı” əməliyyatını avqustun 24-də başlayıb, Cerablus bölgəsinə Türkiyə ordusunun tank birlikləri daxil olub. Həmin gün Türkiyə ordusunun dəstəyi ilə Cerablus şəhəri İŞİD terror təşkilatından azad edilib. Dünən isə Çobanbəy qəsəbəsi istiqamətində Türkiyə ordusunun tankları Suriyaya daxil olub, “Fərat qalxanı” əməliyyatının ikinci mərhələsi başlayıb. Məqsəd Cerablus və Çobanbəy istiqamətində İŞİD-i sıxışdıraraq Türkiyə sərhədlərində İŞİD terror təşkilatının nəzarətindəki son yaşayış məntəqələrini azad etmək olub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.06.2020
Lukaşenko Belarus hökumətini istefaya göndərib
03.06.2020
Türkiyədə axtarışına 1 milyon türk lirəsi ayrılan PKK-çı təslim olub
03.06.2020
Putinin nüvə silahlarından istifadəyə dair fərmanı açıqlandı – Tarixdə ilk dəfə
03.06.2020
Tramp Nyu-Yorka qoşun yeritməyə çağırdı
03.06.2020
ABŞ-da kütləvi iğtişaşlarda 11 nəfər ölüb