Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6888

Digər sorğular

İslam Kərimov dəfn edilib - FOTOLAR

18:40  |    03 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər


Özbəkistanın mərhum prezidenti İslam Kərimov Səmərqəndin mərkəzində yerləşən Registan meydanında təşkil edilən vida mərasimindən sonra dəfn edilib.

Qaziler.az bildirir ki, APA-nın xəbərinə görə, İ. Kərimov Şahi-Zinda adlı qədim məzarlıqda, valideynlərinin yanında dəfn olunub.

Onun nəşini qohumları və vətəndaşlar meydandan məzarlığa çiyinlərində aparıblar.

İ. Kərimovu son mənzilə aralarında xarici nümayəndə heyətlərinin də olduğu minlərlə insan yola salıb.

Dəfn mərasimində Azərbaycandan Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Qeyd edək ki, Özbəkistan hökuməti və parlamenti İslam Kərimovun ölümü ilə bağlı dünən rəsmi məlumat yayıb.

Ölkədə bu gündən 3 günlük matəm elan olunub.

İslam Əbdülqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
30.05.2020
Koronavirusa qalib gələn ölkələr - SİYAHI
30.05.2020
Bu ölkə də məscidlərini ibadətə açır
30.05.2020
Çin koronavirusun yayılması ilə bağlı yeni ehtimal irəli sürdü - Bazardan yayılmayıb
30.05.2020
ABŞ-da etirazlar şiddətləndi: Kütlə Ağ Evə daxil olmağa çalışır - VİDEO
30.05.2020
Bütün dünyanı ayağa qaldıran adamın can verərkən polislərə dedikləri ürəkləri sızlatdı - VİDEO