Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6559

Digər sorğular

Prezident şahmatçılarla görüşdü - FOTO

20:15  |    02 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər

Sentyabrın 2-də "Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının birinci turuna start verilib.

Qaziler.az xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Dövlət başçısı əvvəlcə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov ilə görüşüb.

Bakının ev sahibliyi etdiyi 42-ci Şahmat Olimpiadası indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarışdır. Bakı Olimpiadasında 175 ölkəni təmsil edən 181 kişi və 142 qadın komandanın 1600-dən çox üzvü, bundan əlavə, yüzlərlə komanda kapitanları və məşqçilər, digər rəsmi nümayəndələr iştirak edirlər. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir. Yarışları 193 hakim idarə edir. Yarışın idarə olunmasına Azərbaycandan 30 hakim cəlb edilib.

Prezident İlham Əliyev Azərbaycanın kişilərdən ibarət birinci komandasının üzvü Şəhriyar Məmmədyarov ilə Zimbabve şahmatçısı Rodvel Makoto arasındakı partiyada ilk gedişi (D2-D4) edib.

Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunur. Kişilərdən ibarət "Azərbaycan-1” komandası Zimbabve, "Azərbaycan-2” Mozambik, "Azərbaycan-3” isə Papua-Yeni Qvineya milliləri ilə qarşılaşacaq. Qadınların mübarizəsində isə "Azərbaycan-1” komandası Nikaraqua, "Azərbaycan-2” Yaponiya, "Azərbaycan-3” isə Lesoto yığması ilə üz-üzə gələcək.

Sonra Dövlət başçısı yarışların keçirildiyi zala baxdı, şahmatçıların oyunlarını izləyib.

Prezident İlham Əliyev qadın şahmatçıların yarışında Rusiya idmançısı Alemsandra Kostinyuk ilə şotlandiyalı Araksamita Grant arasındakı partiyada da ilk gedişi (E2-E4) edib.

Azərbaycan Prezidenti əlil şahmatçıların yarışına da baxıb.

Prezident İlham Əliyev daha sonra arenada yaradılan şəraitlə tanış olub.

Dünyanın əsas idman yarışlarından biri olan Şahmat Olimpiadasını ölkəmizdə yüksək səviyyədə keçirmək üçün bütün zəruri addımlar atılıb. "Baku Crystal Hall” bu mötəbər yarış üçün tam hazır vəziyyətə gətirilib. İdmançıların və nümayəndə heyətlərinin burada özlərini tam rahat hiss etmələri üçün mühüm işlər görülüb. Təşkilati işlərə 500-dək könüllü cəlb edilib.

Ümumdünya Şahmat Olimpiadası dünyanın diqqət mərkəzində olan tədbirdir. Yarışları işıqlandırmaq üçün 250-dən çox yerli və xarici media nümayəndəsinin qeydiyyatdan keçməsi bunu bir daha sübut edir.

On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq. Olimpiada ilə yanaşı, sentyabrın 4-dən 13-dək Bakıda FIDE-nin 87-ci Konqresi və Baş Assambleyasının iclasları keçiriləcək.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.11.2019
“Traktor” dünyada ən çox azarkeşə sahib futbol komandasıdır
07.11.2019
"Qarabağ" APOEL-ə uduzdu
07.11.2019
APOEL - "Qarabağ": Heyətlər açıqlandı
06.11.2019
Baş Prokurorluğun əməkdaşı Avropa çempionatında medal qazanıb
06.11.2019
Almaniyada Azərbaycan klubu rəsmən qeydiyyata alınıb