Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6892

Digər sorğular

KİV: “Islam Kərimov sentyabrın 3-də dəfn olunacaq“

16:36  |    02 Sentyabr 2016  |   E-mail  |  Çapa göndər

Özbəkistanın yerli və bəzi xarici KİV-lər prezident İslam Kərimovun ata yurdu olan Səmərqənddə dəfn mərasiminin keçirilməsinə hazırlıq işlərinin sürətlə aparıldığını bildirir.

Lent.az-ın “Reuters” agentliyinə istinadən məlumatına görə, hazırda şəhərin mərkəzi küçələrində genişmiqyaslı təmizlik işləri keçirilir.


Yerli “Fərqanə” xəbər agentliyi də İslam Kərimovun Səmərqənddə dəfninə hazırlıq işlərinin aparıldığını bildirir.

Nəşr sentyabrın 1-də çəkildiyi iddia edilən şəkillərə əsaslanaraq bildirir ki, Özbəkistan lideri iki qardaşı və anasının məzarı yanında dəfn olunacaq.



Agentlik qeyd edir ki, İslam Kərimovun vəfat etməsi barədə məlumat rəsmi olaraq sentyabrın 2-də elan ediləcək. 78 yaşlı Özbəkistan liderinin dəfn mərasiminin sentyabrın 3-də keçiriləcəyi bildirilir.

Məlumata görə, yerli vaxtla 23.00-da göyərtəsində İslam Kərimovun cəsədi olduğu təyyarə paytaxt Daşkənddən Səmərqəndə yola düşüb.

Agentliyin məlumatına görə, MDB ölkələri və digər xarici dövlətlərin rəsmi şəxsləri vida mərasimində iştirak etmək üçün Özbəkistana səfər edəcək.



Yerli “Azadlıq” radiosu Özbəkistanın baş naziri Şövkət Mirzəyevin Səmərqəndə gəldiyini bildirib. Şəhərdə təhlükəsizlik tədbirləri xeyli gücləndirilib, mərkəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Qeyd edək ki, “Fərqanə” agentliyi bundan əvvəl İslam Kərimovun sentyabrın 29-da beyninə qaz sızmasından vəfat etdiyini bildirib. Lakin, İslam Kərimovun vəfat etməsi xəbəri indiyədək rəsmi təsdiqlənməyib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
Afroamerikalı Corc Floydun ölümünün dəqiq səbəbi açıqlandı
02.06.2020
Daha bir ölkə Azərbaycan üçün sərhədlərini açdı
02.06.2020
Tramp ABŞ-dakı iğtişaşları daxili terror aktları adlandırdı
02.06.2020
Dünyada koronavirusa yoluxanların sutkalıq STATİSTİKASI
01.06.2020
Putindən Trampa mesaj - Rusiya hərbi bazalarını niyə gücləndirir?